Sumqayıt şəhərində tapılan uşaq artıq valideynlərinə təhvil verilib.
“Qanunla.az” xəbər verir ki, Azərbaycan polisinin operativ fəaliyyəti nəticəsində itkin düşərək tapılan uşaq valideyninə qovuşdurulub.
Qeyd edək ki, bu gün saat 18:00 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində təxminən 3-4 yaşlarında uşaq tapılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən “Qanunla.az”a verilən məlumata görə, azyaşlı ərazi üzrə polis orqanına gətirilib
Azyaşlını və ya onun valideynlərini tanıyanlardan, eləcə də barəsində məlumatı olanlardan (018) 646-06-94 şəhər və (070) 908-18-19 mobil nömrələrinə, həmçinin Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzinə müraciət etmələri xahiş olunur.
Orxan Rasifoğlu
















