image-qanunla-reklam
image-media-prez-01-aotz4pwmsv91xiky8325

Sülhün Üstünlükləri və Ona Nail Olmağın Çətin Yolu

image-lady-day-az

Sülhün Üstünlükləri və Ona Nail Olmağın Çətin Yolu

 

Müasir dünyada sülh yalnız müharibənin olmaması deyil, həm də sabitliyin, inkişafın və təhlükəsizliyin əsas şərti kimi qəbul edilir. Bir çox ölkələr uzun illər davam edən münaqişələrin nəticəsində böyük itkilər yaşasa da, sülhə nail olmaq üçün göstərilən siyasi iradə və qarşılıqlı anlaşma bu çətin prosesin mümkün olduğunu göstərir. Azərbaycan və Ermənistan arasında əldə olunan sülh də bu baxımdan diqqətəlayiq nümunə hesab oluna bilər.

Uzun müddət davam edən qarşıdurmalardan sonra tərəflərin sülhə doğru addım atması mühüm siyasi qərar tələb edir. 2023-cü ilin sentyabrında baş verən son qanlı toqquşmadan sonra 2025-ci ilin avqustunda sülhün əldə olunması iki ildən az vaxt aparmışdır. Bu, müasir beynəlxalq münasibətlər tarixində kifayət qədər sürətli normallaşma prosesi kimi qiymətləndirilə bilər. Belə bir nəticənin əldə olunmasında əsas rol güclü siyasi iradənin mövcudluğu və düşmənçiliyin sonsuza qədər davam edə bilməyəcəyinin dərk olunması olmuşdur. Müharibələrin gec-tez sona çatmalı olduğu anlayışı tərəfləri sülh yolunu seçməyə vadar etmişdir.

Sülhün əldə olunması yalnız siyasi sənədlərin imzalanması ilə məhdudlaşmır. O, həm də cəmiyyətlər arasında etimadın bərpası, iqtisadi və sosial əlaqələrin yenidən qurulması deməkdir. Sülh şəraitində yaşayan ölkələr inkişaf üçün daha geniş imkanlar əldə edir, resurslarını müharibəyə deyil, rifahın artırılmasına yönəldə bilirlər. Buna görə də “sülhdən daha yaxşı heç nə yoxdur” fikri təkcə siyasi bəyanat deyil, həm də praktiki reallıqdır. Dünyada baş verən hadisələr göstərir ki, sülhə nail olmaq hər zaman asan olmur. Qlobal xəritədə yeni gərginlik nöqtələrinin yaranması və uzunmüddətli münaqişələrin davam etməsi beynəlxalq münasibətlər sisteminə ciddi təhlükə yaradır. Bu proseslər həm də beynəlxalq hüququn və beynəlxalq davranış normalarının zəifləməsinə səbəb olur. Beynəlxalq hüquqa hörmət edilmədikdə və beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələr nəzərə alınmadıqda ölkələrin ərazi bütövlüyü pozulur və yeni münaqişələr üçün zəmin yaranır. Sülhün qorunması yalnız iki ölkənin deyil, bütün beynəlxalq ictimaiyyətin məsuliyyəti hesab olunur. Dövlətlər beynəlxalq hüququn prinsiplərinə hörmət etməli, mübahisələri dialoq və diplomatiya yolu ilə həll etməyə çalışmalıdırlar. Əks halda, yeni münaqişələr və gərginliklər dünya təhlükəsizliyini daha da risk altına sala bilər. Sülhün əldə olunması uzun və çətin proses olsa da, onun gətirdiyi üstünlüklər bu səylərin dəyərini tam şəkildə doğruldur. Sülh sabitlik, inkişaf və əməkdaşlıq üçün ən etibarlı zəmin yaradır. Buna görə də dövlətlər və xalqlar üçün əsas məqsəd münaqişələri aradan qaldırmaq və davamlı sülh mühitini qorumaq olmalıdır.

 

Rəmzi Şirinov-Zərdab rayonu, Dəli Quşçu kənd tam ümumtəhsil orta məktəbinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki