image-qanunla-reklam
image-168509372420516843864707d5cc68ea

Sülh gündəliyi öz aktuallığını qoruyur

image-lady-day-az

Sülh gündəliyi öz aktuallığını qoruyur

Cənubi Qafqazda bu gün ən böyük problem dayanıqlı sülhün olmamasıdır. Belə ki, səbəb işğalçı Ermənistanın postmüharibə dövründə də qalib Azərbaycanla sülhdən yayınmasındır. Faktiki olaraq postmüharibə dövründə Ermənistan mütəmadi olaraq hərbi, siyasi təxribatlara əl ataraq sülh prosesindən qaçmağa çalışır. Baxmayaraq ki, sülh üçün bütün imkanlar mövcuddur. 25 may tarixində Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında Azərbaycan Prezidenti cənab İlham Əliyev bu mövzunu gündəmə gətirdi.  “Sülh gündəliyi öz aktuallığını qoruyur. Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında ciddi imkanlar var”, – deyə Prezident cənab İlham Əliyev çıxışında vurğuladı.

Sülh üçün bütün imkanlar olsa da, Ermənistan və onun havadarları prosesi uzatmağa səy göstərir. Ermənistan hərbi-siyasi rəhbərliyinin atdığı addımlar da bunu deməyə əsas verir. Ermənistanın Baş naziri Nikol Paşinyanın hər dəfə fərqli fikir səsləndirməsi də sülhdən qaçmaq üçün hesablanmış bəhanələrdən başqa bir şey deyi. Azərbaycanın isə bu məsələdə mövqeyi qətidir. Sülh danışıqları qısa zamanda ərzində nəticə verməsə, Azərbaycanın alternativ yollara əl atması da qaçılmazdır. Hər halda Ermənistana bu ilin sonuna qədər vaxtlarının qalması ilə bağl ən yüksək səviyyədə xəbərdarlıq edilib. Paşinyan bundan əvvəlki, yəni Brüssel görüşündə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Bu isə o deməkdir ki, Ermənistan Paşinyanın timsalında Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Azərbaycan və Ermənistan dövlətlərinin  bir-birinin ərazi bütövlüyünü tanıması Prezident cənab İlham Əliyevin də dediyi kimi, sülh üçün əsas ola bilər.

Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc

 

 

Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının coğrafi kəsişməsində yerləşir

Ölkəmizin coğrafi xüsusiyyətləri, Avropa və Asiyanın ən iri iqtisadi inkişaf etmiş ölkələri arasında yerləşməsi beynəlxalq nəqliyyat şəbəkəsində iştirak üçün real zəmin yaradıb. Əsas istehsalçı və ən böyük istehlakçı regionları arasında yük axınlarının artımını nəzərə alaraq, Azərbaycanın nəqliyyat siyasətinin əsas məqsədi nəqliyyat infrastrukturunun gələcək inkişafı olaraq qalır. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir və əlverişli geostrateji mövqeyə malikdir. Ölkəmizdə nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı irimiqyaslı layihələr həyata keçirilib, bu sahəyə böyük dövlət investisiyaları qoyulub. Xüsusilə Gürcüstan, Rusiya və İran istiqamətində avtomobil və dəmir yollarının beynəlxalq standartlar əsasında yenidən qurulması, Bakıda və regionlarda beynəlxalq hava limanlarının, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi, Şərq-Qərb və Şimal-Cənub istiqamətlərinin inkişafı nəqliyyat dəhlizləri, həyata keçirilən tədbirlər Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafında mühüm rol oynayıb, eləcə də ölkənin tranzit potensialını daha da gücləndirib.

Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən və əlverişli geostrateji mövqeyə malik Azərbaycanda nəqliyyat dəhlizlərinin inkişafı ilə bağlı son illərdə görülən işlər xüsusi diqqətə layiqdir. Xüsusilə, Şərq-Qərb nəqliyyat dəhlizi Çin və Avropa arasında ən qısa marşrutdur, tranzit və yüklərin daşınması baxımından səmərəlidir. Ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü sayəsində əhəmiyyətinə görə “Dəmir İpək Yolu” adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi, yükləri quru yolla birbaşa Avropaya çatmasına imkan yaradıb. Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yol olan Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizi ilə konteyner daşımalarının əhəmiyyətli dərəcədə artmasına nail olunub.

Nağıyev Abbas – Dəli Quşçu kənd Ağsaqqallar şurasının sədri

 

 

Strateji əhəmiyyət daşıyan logistik layihələr

Sürətlə qloballaşan dünyada logistika və ticarət iqtisadi artımın mühüm təkanverici qüvvəsinə çevrilməklə, əsas sektorlarda birbaşa xarici investisiya qoyuluşlarının həcmini artırmağa şərait yaradır. Hesablamalar göstərir ki, inkişaf etmiş nəqliyyat və logistika sistemi ÜDM-də birbaşa artıma imkan verir. Qeyri-neft sektorunun inkişafı üzrə prioritet sahələrdən biri kimi logistika iqtisadiyyatın bütün digər sektorlarının bir-biri ilə əlaqələndirilməsində mühüm amil kimi çıxış edərək, bu sektorların irəliləməsində təkanverici qüvvə rolunu oynayır. Ölkəmiz də ümumi iqtisadi tərəqqi baxımından logistika sektorunun gücləndirilməsinin labüdlüyünü və mövcud potensialı nəzərə alaraq, bu sahədə mühüm hədəflərə nail olmağı qarşıya məqsəd kimi qoymuşdur. Bu baxımdan regionda əhəmiyyətli logistika və ticarət qovşağına çevrilmək məqsədilə ölkənin strateji coğrafi mövqeyindən səmərəli istifadə edilməklə, tranzit yüklərin ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinə cəlb olunması, bölgələrdə logistika və ticarət mərkəzlərinin yaradılması, eyni zamanda, yeni biznes, məşğulluq və əlavə dəyər imkanları qiymətləndirilərək, ölkənin cəlbediciliyinin artırılması başlıca hədəflərdəndir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin təsdiq etdiyi strateji yol xəritələrindən biri də Azərbaycanda logistika və ticarətin inkişafı ilə bağlıdır. Bu Strateji Yol Xəritəsi logistika və ticarət sahəsində iqtisadi inkişaf üzrə 2025-ci ilədək və 2025-ci ildən sonrakı dövr üçün qısa, orta və uzunmüddətli perspektiv istiqamətlərini müəyyən edir.

Azərbaycanın coğrafi mövqeyi ticarət həcmlərinin müntəzəm artırılmasına imkan verir. Belə ki, həm Şərq-Qərb, həm də Şimal-Cənub dəhlizləri üzərindəki əlverişli coğrafi mövqeyi sayəsində ölkəmiz həm tranzit ticarəti, həm də idxal-ixrac əməliyyatlarından pay əldə etmək imkanına malikdir. Azər­bay­can hö­ku­mə­ti­nin yü­rüt­dü­yü düz­gün si­ya­sət nə­ti­cə­sin­də öl­kə­miz Av­ro­pa ilə Asi­ya­nı bir­ləş­di­rən nəq­liy­yat inf­rast­ruk­tu­ru­nun önəm­li his­sə­si­nə çev­ril­mək­də­dir. Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsi yeni reallıqlar yaratmışdır.

Cəfərov Səməd – Zərdab rayon Otmanoba kənd sakini, Zərdab rayon Yaşıllaşdırma İdarəsinin rəisi

 

 

Bütün regionun sürətli inkişafına səbəb olacaq nəqliyyat dəhlizi

Ölkəmiz möv­cud nəq­liy­yat po­ten­sia­lı­nı və tran­zit im­kan­la­rı­nı ar­tır­maq, bu sa­hə­də öz rə­qa­bət­qa­bi­liy­yət­li­li­yi­ni yük­səlt­mək məq­sə­di­lə bö­yük sər­ma­yə­lər qo­yur, öl­kə da­xi­lin­də və re­gi­on­da irimiq­yas­lı inf­rast­ruk­tur la­yi­hə­lə­ri­ni hə­ya­ta ke­çi­rir. Bu­na uğur­lu mi­sal ki­mi Ba­kı-Tbi­li­si-Qars də­mir yo­lu və Ye­ni Ba­kı Bey­nəl­xalq Də­niz Ti­ca­rət Li­ma­nı la­yi­hə­lə­ri­ni qeyd et­mək olar. Ye­ni Ba­kı Bey­nəl­xalq Də­niz Ti­ca­rət Li­ma­nı la­yi­hə­si çər­çi­və­sin­də, həm­çi­nin re­gi­on­da müa­sir yük­da­şı­ma tə­ləb­lə­ri­nə ca­vab ve­rən iri lo­gis­tik mər­kəz ya­ra­dıl­maq­da­dır. Bu mər­kəz re­gio­nal lo­gis­tik qov­şaq funk­si­ya­sı ye­ri­nə ye­tir­mək­lə sö­zü­ge­dən nəq­liy­yat dəh­liz­lə­ri­nin sə­mə­rə­li­li­yi­nin ar­tı­rıl­ma­sı­na və on­la­rın po­ten­sia­lın­dan mak­si­mum ya­rar­lan­ma­ğa şə­ra­it ya­ra­da­caq. Həmçinin Av­ro­pa ilə Asi­ya­nı bir­ləş­di­rən və dün­ya­nın 100 bö­yük la­yi­hə­si si­ya­hı­sı­na da­xil olan Ba­kı-Tbi­li­si-Qars də­mir yo­lu xət­ti­ xü­su­si stra­te­ji əhə­miy­yət da­şı­yır. Çün­ki Ba­kı-Tbi­li­si-Qars də­mir yo­lu xət­ti­nin işə düş­mə­si Azər­bay­ca­nın döv­lət müs­tə­qil­li­yi­nin güc­lən­di­ril­mə­sin­də, iq­ti­sa­di qüd­rə­ti­nin ar­tı­rıl­ma­sın­da ye­ni mü­hüm stra­te­ji amil­dir. Bu, həm də la­yi­hə­nin ic­ra­sın­da na­dir əmək­daş­lıq for­ma­tı gös­tə­rən üç öl­kə – Azər­bay­can, Gür­cüs­tan və Tür­ki­yə ara­sın­da­kı əla­qə­lə­rin stra­te­ji tə­za­hü­rü­nü bü­tün dün­ya­ya nü­ma­yiş et­di­rir. Ən əsa­sı isə bu də­mir yo­lu­nun işə düş­mə­si re­gi­on­da sa­bit­li­yə, xalq­la­rı­mı­zın da­ha da ya­xın­laş­ma­sı­na və iq­ti­sa­di in­ki­şa­fa ən bö­yük töh­fə­dir.

Eyni zamanda Azərbaycan alternativ dəhlizlərdən üstünlüyə malik olan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı istiqamətində də ciddi işlər görüb. Bu layihənin nəticəsi olaraq Fars körfəzindən Rusiyaya, eləcə də Şərqi və Şimali Avropa ölkələrinə yüklərin daşınması daha səmərəli olmuşdur, Şimal-Cənub dəhlizinin Azərbaycan ərazisindən keçən infrastrukturu daha da inkişaf etdirilməkdədir. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi yük və sərnişin daşımalarının əhəmiyyətli dərəcədə artmasına imkan verən böyük siyasi və iqtisadi əhəmiyyətə malikdir.  Prezident cənab İlham Əliyevin uzaqgörən siyasət yürütməsi nəticəsində vaxtında lazımi tədbirlər görülüb. Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsi yeni reallıqlar yaratmışdır. Gələcəkdə Zəngəzur dəhlizi ilə daha çox yük göndərmək mümkün olacaq. Bu dəhliz vasitəsilə Azərbaycandan Türkiyəyə keçirməklə yükləri tez bir zamanda Avropa və Yaxın Şərq ölkələrinə çatdırmaq imkanı yaranacaq. Bir sözlə, Zəngəzur dəhlizi Azərbaycanın tranzit imkanlarını daha da genişləndirəcək.

Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab rayon Ağsaqqalar Şurasının sədri

 

 

Təxminən dörd ildir Azərbaycan 120 dövləti birləşdirən Qoşulmama Hərəkatına uğurla sədrlik edir

Regionda aparıcı qüvvəyə çevrilən Azərbaycanın son illər dünyada artan nüfuzu onun beynəlxalq təşkilatlarla əlaqələrində və onların fəaliyyətində fəal iştirakına gətirib çıxarıb. Artıq dünya dövlətləri Azərbaycanı etibarlı, mühüm tərəfdaş, sözü imzası qədər dəyərli olan ölkə kimi qəbul edirlər. Bu gün Azərbaycan bir sıra beynəlxalq qurumlarda, sadəcə, üzv dövlət kimi təmsil olunmur, eyni zamanda, bir çox qərarların qəbulunda və icrasında yaxından iştirak edir. Eyni zamanda, dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı isə məhz Azərbaycanın sədrliyi dövründə özünün ən uğurlu dövrünü yaşayır. Azərbaycanın sədrliyinin ən böyük uğurlarından biri də Qoşulmama Hərəkatının təsisatlanması məsələsidir. Sədrliyimiz dönəmində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Gənclər Təşkilatı təsis olunub. Daimi katibliyi Bakıda yerləşən Qoşulmama Hərəkatının Gənclər Təşkilatının əsasnaməsi, təşkilatın loqosu və bayrağı təsdiqlənib. Gənclər Təşkilatı Qoşulmama Hərəkatına üzv dövlətlərin gənclər nümayəndələrinə cari çağırışlar haqqında fikir, baxış və perspektivlər mübadiləsi aparmaq və dövlətlərinin birgə cavabları vasitəsilə davamlı tərəqqiyə nail olmaq imkanı yaradır. Bütün bunlarla yanaşı, Qoşulmama Hərəkatına üzvlük və sədrlik Azərbaycana Ermənistanın təcavüzünə qarşı mübarizədə güclü beynəlxalq dəstək qazandırıb. Məhz genişmiqyaslı uğurlu beynəlxalq fəaliyyəti sayəsində ölkəmizin keçmiş Qarabağ münaqişəsi ilə bağlı mövqeyi Hərəkatın sənədlərində dəstəklənib. Qoşulmama Hərəkatının Azərbaycana siyasi dəstəyinin bariz nümunəsi olaraq isə Vətən müharibəsi dövründə BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin hazırladıqları bəyanat layihəsini geri götürməyə məcbur olmasını göstərmək olar.

Azərbaycan İkinci Qarabağ müharibəsində tarixi Zəfər qazandı və hazırda azad edilmiş əraziləri öz gücü hesabına bərpa edir. Bütün bunların böyük vaxt, enerji, maliyyə və insan resursları almasına baxmayaraq Azərbaycan yalnız öz daxili məsələləri ilə kifayətlənmir, pandemiya zamanı olduğu kimi postpandemiya dönəmində də qlobal məsələlərə çevik reaksiya verir, təşəbbüslərlə çıxış edir, liderliyini davam etdirir. Beləliklə, deyə bilərik ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etməsi qlobal məsələlərin müzakirə olunacağı mühüm bir toplantıya ev sahibliyi etməsi, eyni zamanda, ölkəmizin multilateralizmə və qlobal həmrəyliyə verdiyi önəmin göstəricisidir.

Rauf Məlikov- Zərdab şəhər sakini,  Zərdab Peşə liseyinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki