Sudanda hazırkı ali idarəçilik qurumu olan Suveren Şuranın sədri general Əbdülfəttah əl Burxan həm bu qurumun, həm də hökumətin buraxıldığını elan edib.
Xalqa müraciət edən şura sədri həm də 2019-cu ildə üç illik keçid dövrü üçün hərbçilər və vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən imzalanmış Konstitusiya Bəyannaməsinin bir sıra müddəalarının dondurulduğunu, 2023-cü ildə keçiriləcək ümumi seçkilərədək gənclərdən ibarət müstəqil hökumətin fəaliyyət göstərəcəyini bildirib.
Bununla yanaşı, ölkədə fövqəladə vəziyyət elan edilib, bir sıra əyalətlərin qubernatorları istefaya göndərilib.


























