image-qanunla-reklam
image-1657689143-rajapaksa-reuters_16_9_1657659694-1

Şri-Lanka prezidenti ölkəsindən QAÇDI

image-lady-day-az

İqtisadi böhrana görə etirazlardan sonra istefa verəcəyini açıqlayan Şri-Lanka prezidenti Qotabaya Rajapaksanın ölkədən qaçdığı təsdiqlənib.

“Qanunla.az” xəbər verir  ki, Şri-Lanka Hərbi Hava Qüvvələri Rajapaksa və həyat yoldaşının Maldiv adalarına getdiyini açıqlayıb.

İmmiqrasiya rəsmilərinin verdiyi məlumata görə, Rajapaksa bu gün səhər tezdən əsas beynəlxalq hava limanından havaya qalxan Antonov-32 tipli hərbi təyyarə ilə ölkəsini tərk edib.

Bildirilir ki, iqtisadi böhrana görə başlayan etirazlar nəticəsində bu gün istefa verəcəyini açıqlayan Şri-Lanka prezidenti Rajapaksa ötən bazar ertəsi tarixli istefa məktubunu imzalayaraq parlament sədrinə göndərib. Prezident olduğu müddətdə Şri-Lanka qanunlarına görə toxunulmazlığa malik olan Rajapaksanın həbs olunmamaq üçün istefa verməmişdən əvvəl ölkəni tərk etməyə çalışdığı güman edilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki