image-qanunla-reklam
image-1649934811_soyqu

Şoyqu infarkt keçirdi – İDDİA

image-lady-day-az

Rusiyanın müdafiə naziri Sergey Şoyqu infarkt keçirərək xəstəxanaya yerləşdirilib.

Qanunla.Az Rusiya KİV-ə istinadən xəbər verir  ki, bu  barədə  Rusiya-İsrail ictimai xadimi, YuKOS-un keçmiş həmtəsisçisi Leonid Nevzlin məlumat verib.

Onun sözlərinə görə, Şoyqu infarkt keçirib. Rusiya Federasiyasının müdafiə nazirinin sağ qalıb-qalmayacağı məlum deyil.

“Şoyqu sağ qalsa, əlil ola bilər. Qəfildən infarkt keçirdi, reanimasiyadadır, cihazlara qoşulub. İnfarktın təbii səbəblərdən baş verməməsi ilə bağlı şayiələr var”, – deyə xadim bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki