image-qanunla-reklam
image-641766379_1469818721164568_3010744931424141476_n

Soyqırımı şəhəri kimi yaddaşımızda qalan Xocalı indi yenidən dirçəlir

image-lady-day-az

Soyqırımı şəhəri kimi yaddaşımızda qalan Xocalı indi yenidən dirçəlir.

 

Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, faciə  bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmış və xatırlanmışdır. Bu vaxtadək 18 ölkənin qanunverici orqanı, həmçinin ABŞ-ın 24 ştatı tərəfindən müvafiq parlament qətnamələri qəbul edilmişdir.  Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında “Xocalıya ədalət” kampaniyası da böyük əhəmiyyətə malikdir. Bu kampaniyanın təşəbbüskarı və müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevadır. “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına 2008-ci ildə start verilmişdir. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir. 100 minlərlə şəxs və 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələrdə təşviqat, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan səmərəli vasitələri təşkil edir.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu 27 sentyabr 2020-ci il tarixində başlayan, 44 gün davam edən Vətən müharibəsində və 2023-cü ilin sentyabrın 19-20-də keçirilmiş birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna son qoydu. Bununla da ölkə özünün beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi. Ata vəsiyyəti 30 il sonra reallığa çevrildi. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev 2023-сü ilin oktyabrın 15-də Xocalı şəhərində Dövlət Bayrağını ucaldıb. Bu şəhərdə Azərbaycan Bayrağının dalğalanması Xocalı faciəsi qurbanlarının qanının yerdə qalmadığını bir daha nümayiş etdirir.  Soyqırımı şəhəri kimi yaddaşımızda qalan Xocalı indi yenidən dirçəlir. Azad edilmiş digər ərazilərimiz kimi, Xocalı da  quruculuq mərhələsini yaşayır. 2024-cü ilin 28 may tarixində Böyük Qayıdışın Xocalı səhifəsi yazıldı. Xocalı şəhəri ilk sakinlərinə qovuşdu. Dövlətimizin başçısı İlham Əliyevin bu günədək Xocalıya dəfələrlə səfərləri olub. Hər bir səfər Böyük Qayıdış Proqramının  uğurlu icrasının təsdiqi olan mühüm sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalıb. Prezident İlham Əliyev ötən ilin sentyabrında  Xocalı rayonunun Badara kəndində Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşündə böyük qürur hissi ilə belə bir əminliyi ifadə etmişdir ki, bundan sonra həyatınızda ancaq sevincli günlər olacaqdır. Tarixi həqiqətlərin dünyaya çatdıtılması, günahkarların məsuliyyətə cəlb edilməsi və azad edilmiş torpaqlarda həyatın bərpası göstərir ki, Xocalı artıq yalnız keçmişin faciəsi deyil, həm də ədalətin, dirçəlişin və milli iradənin simvoludur

 

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki