image-qanunla-reklam
image-1746547999_ilham

Sovet dövründə Azərbaycanda 5 minə yaxın vyetnamlı təhsil alıb, onların bir çoxu hazırda Vyetnamın dövlət orqanlarında məsul vəzifələr tutur

image-lady-day-az

Sovet dövründə Azərbaycanda 5 minə yaxın vyetnamlı təhsil alıb, onların bir çoxu hazırda Vyetnamın dövlət orqanlarında məsul vəzifələr tutur.

Azərbaycanın xarici siyasətində ikitərəfli əlaqələrin qurulmasına və yeni istiqamətlər üzrə inkişaf etdirilməsinə verdiyi önəm bugünkü reallıqlarda özünün aydın ifadəsini tapır. Qarşılıqlı səfərlər münasibətlərdə yeni mərhələyə yol açmaqla yanaşı, geridə qalan dövrə bir baxış keçirməyi zərurətə çevirir. Bu məqamda Azərbaycanla Vyetnam arasında möhkəm dostluq mühitinin inkişafını və gələcək əməkdaşlığın yeni istiqamətlərini əhatə edən vacib məqamları ön plana çıxarır. Yarım əsrə yaxın bir dövr ərzində mövcud olan etimad hər iki dövlətin müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətini gücləndirir.

Sovet dövründə minlərlə vyetnamlı Azərbaycanda müxtəlif sahələr üzrə təhsil alıblar. Onlar ölkələrinə qayıtdıqdan sonra müxtəlif vəzifələrdə çalışaraq, Vyetnamın inkişafına töhfələr veriblər. Sovet dövründə Azərbaycanda 5 minə yaxın vyetnamlı təhsil alıb, onların bir çoxu hazırda Vyetnamın dövlət orqanlarında məsul vəzifələr tutur. 2014-cü ildə Hanoya səfəri zamanı Azərbaycan ali məktəblərinin vyetnamlı məzunları ilə görüş olub, onlar ölkəmiz və burada keçirdikləri illərlə bağlı səmimi sözlər ifadə ediblər. 2015-ci ildə Hanoyda Azərbaycan ali məktəblərinin məzunlarını birləşdirən Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası təsis edildi.

Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu Vyetnamda bir sıra layihələr həyata keçirib. 2018-ci ildə Ha Giang əyalətində ibtidai məktəbin inşası bu fəaliyyətlərin bariz nümunəsidir. 2025-ci ilin aprelində Fondun vitse-prezidenti Leyla Əliyevanın Vyetnama səfəri çərçivəsində müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub. Səfər zamanı Hanoy Ticarət və Turizm Kollecinin rəhbərliyi ilə görüşlər keçirilib və Fondun maliyyə dəstəyi ilə bağlı sertifikat təqdim edilib.

Azərbaycan ilə Vyetnam turizmin inkişafı istiqamətində böyük potensiala malikdir. Bakı ilə Vyetnam şəhərləri arasında birbaşa hava əlaqəsinin yaradılması turizm proqramlarının inkişafını sürətləndirəcək və dövlətlərarası mədəni əlaqələri möhkəmləndirəcək. Bu məqsədlə hər iki tərəf turizm sərgilərində iştirakın genişləndirilməsi və qarşılıqlı təşviqat kampaniyalarının təşkili imkanlarını nəzərdən keçirir. Eyni zamanda, turizm sahəsində fəaliyyət göstərən qurumlar arasında əməkdaşlığın genişləndirilməsi məsələsi gündəmdədir.

Bu dost ölkələrin strateji işbirliyi tarixən möhkəm bir təməl üzərində qurulmuşdur və gələcək inkişaf üçün geniş imkanlar mövcuddur. İqtisadi, mədəni, humanitar və siyasi sahələrdə əməkdaşlıq iki ölkənin xalqları arasında daha sıx münasibətlərin qurulmasına və qarşılıqlı faydalı tərəfdaşlığın inkişafına təkan verəcək. Bu proses, həmçinin gələcəkdə regionda və beynəlxalq arenada daha təsirli birgə fəaliyyət imkanlarının yaranmasına şərait yaradacaq.

Tamam Xaspoladova- Zərdab rayon Şahhüseynli kənd tam orta ümumtəhsil məktəbinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki