image-qanunla-reklam
image-qar-yol

Son iyirmi ildə martın 20-si hava necə olub?

image-lady-day-az
Son 20 ildə martın 20də Bakıda və Abşeron yarımadasında ən aşağı temperatur 2010cu ildə 0 dərəcəyə yaxınlaşıbƏn isti keçən il isə 2008ci il olubhavanın temperaturu martın 20-də müsbət 22 dərəcəyə yüksəlib.

Qanunla.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

O qeyd edib ki, 2014-cü ildə cənub küləyinin surəti 32 m/s-dək güclənib:

“2019-cu ildə isə Bakıda güclü yağıntı olub, bir gün ərzində yarımaylıq normadan çox, 18 mm yağıntı düşüb”.

U.Tağıyeva vurğulayıb ki, martın 20-i Naxçıvan MR-da minimal temperatur 2012-ci ildə 6 dərəcə şaxta, maksimal temperatur isə 2001-ci ildə 25 dərəcə isti, Qazax-Gəncə zonasında minimal temperatur 2003-cü ildə 8.4 dərəcə şaxta, Balakən-Şəki zonasında isə 2018-ci ildə 24.7 dərəcə isti, Lənkəran-Astara zonasında minimal temperatur 2010-cu ildə dağlıq zonada 11 dərəcə şaxta olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki