image-qanunla-reklam
image-160abe8d-c9cb-4b6c-97ca-cc9118509602

SOCAR “Azəriqaz” İB rəhbərliyinin növbəti vətəndaş qəbulu keçiriləcək

image-lady-day-az

SOCAR “Azəriqaz” İB rəhbərliyinin Sumqayıt şəhərində vətəndaş qəbulu keçiriləcək.

Qanunla.Az xəbər verir ki, 17 iyul saat 11:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq görüş zamanı Sumqayıt şəhər və Qubadlı rayon sakinlərinin müraciətləri dinləniləcək.

Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız “Azəriqaz” İB-nin fəaliyyəti ilə bağlı olmalıdır. Qəbula dair əlavə məlumat almaq istəyənlər Birliyin Sumqayıt qaz istismarı Sahəsinə (tel: 050-845-89-03; 018-64-2-09-64) müraciət edə bilərlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki