“Siyasi partiyalar haqqında” yeni Qanunun hazırlanması və qüvvəyə minməsi faktı təkcə formalaşan yeni siyasi konfiqurasiyasının təzahürü deyil.
Yeni Qanun, eyni zamanda siyasi dialoqu atributiv müstəvidən konstruktiv əməkdaşlıq müstəviyə çıxardan ali siyasi iradənin təzahürüdür. Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə siyasi dialoq mühitinin inkişaf etdirməsi siyasi proseslərdə iştirak edən bütün tərəfləri açıq və bərabərhüquqlu münasibətlərə dəvət olunması deməkdir.
Ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar bütün sahələrdə özünün müsbət nəticəsini göstərir. Bu mənzərə müstəqilliyimizin ilk illərində qəbul edilmiş, bu gün müasir tələblərə cavab verməyən qanunvericilik aktlarında da özünü açıq şəkildə büruzə verir. Artıq ölkəmiz çox inkişaf etmişdir. Bu səbəbdən əvvəlki illərdə qəbul edilmiş qanunların təkmilləşdirilməsinə ehtiyac vardır. Bu baxımdan “Siyasi partiyalar haqqında” yeni Qanunun verilməsinə ciddi ehtiyac vardır.
Artıq yeni inkişaf mərhələsinə qədəm qoymuş ölkəmizdə “Siyasi partiyalar haqqında” yeni Qanunun qəbul edilməsini təqdirəlayiq haldır. Qüvvədən düşmüş “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu 30 il bundan əvvəl – 1992-ci ildə qəbul edilmişdir. Ölkədə formalaşan yeni siyasi konfiqurasiya qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımların atılmasını zəruri etmişdir.
Mətbuatdan əldə etdiyimiz məlumatlarda şahidi oluruq ki, yeni qanun layihəsinin hazırlanması zamanı Venesiya Komissiyasının 2010-cu ildə qəbul etdiyi “Siyasi partiyaların fəaliyyətinin hüquqi tənzimlənməsi barədə vəziyyət”, Venesiya Komissiyasının və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosunun 2021-ci ildə qəbul etdiyi “Ukraynanın Siyasi partiyalar haqqında Qanununun layihəsinə dair birgə rəy”, inkişaf etmiş 24 ölkənin təcrübəsi, ölkədə fəaliyyət göstərən siyasi partiyalardan 47-sinin Milli Məclisə yazılı formada təqdim edilmiş 250-dən çox təklif, o cümlədən parlamentdə komitə və plenar iclaslarda deputatlar tərəfindən irəli sürülmüş 100-dən çox təklif nəzərə alınıb.
Yeni qanunda bir sıra diqqət çəkən məqamlar vardır. Artıq qanunun qəbulundan sonra hər kəs bərabər şəkildə siyasi partiya yaratmaq və ya mövcud siyasi partiyaya daxil olmaq hüququna malik olacaqdır. Dövlət qeydiyyatdan keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə və dövlət tərəfindən siyasi partiyaların təsis edilməsi və fəaliyyətlərinin həyata keçirilməsi üçün, hüquqlarına və qanuni mənafelərinə əməl olunmasına bərabər hüquqi şərait yaradılmasına təminat veriləcəkdir.
Kəmalə Əliyeva – Zərdab rayon Qaravəlli kənd tam orta məktəbinin direktoru
“Siyasi partiyalar haqqında” Qanun layihəsinin hazırlanması zamanı aşağıdakılar təmin edilib
Çağdaş dünyamızın bütün sahələrində, insan həyatında belə çox sürətli dəyişikliklər baş verir. Bütün bunlar fonunda mühafizəkar mövqe tutmaq dünyadan geri qalmaq kimi qiymətləndirilə bilər. Müasir dövrdə siyasi fəaliyyət, siyasi düşüncə tərzi tam dəyişmişdir. Azərbaycanda sonuncu dəfə siyasi partiyalar haqqında qanun 1993-cü ildə qəbul edilmişdir. Son otuz ildə Azərbaycanın siyasi həyatında çox mühüm əhəmiyyətə malik hadisələr baş vermişdir. Siyasi partiyaların fəaliyyətində baş verən dəyişikliklər ölkədə siyasi mexanizmlərin yenilənməsinə ehtiyac yaratmışdır. Siyasi partiyalar haqqında yeni qanunda təsbit olunmuş yeniliklər siyasi partiyaların bir çox məqamlarda maraqlarına xidmət edir.
Yeni qanuna əsasən Azərbaycan ərazisində yaradılmış və fəaliyyət göstərən siyasi partiya yalnız Konstitusiya və Azərbaycan Respublikasının qanunlarını pozduğu halda yalnız məhkəmə qaydasında fəaliyyətinə xitam verilə bilər. Yeni Qanunda siyasi partiyaya ictimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat materiallarının hazırlanması və satışı ilə bağlı olan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa icazə verilir. İcazə verilmiş sahibkarlıq fəaliyyətinin növləri ilə məşğul olmaq, həmçinin “Media haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq çap mediasını təsis etmək (çap mediasının iştirakçısı olmaq) üçün siyasi partiya təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilər. Şəxslərin fəaliyyətinə, həmçinin digər şəxslərin sahibkarlıq fəaliyyətinə müdaxilə edilməməlidir.
“Siyasi partiyalar haqqında” Qanun layihəsinin hazırlanması zamanı aşağıdakılar təmin edilib. Qanun layihəsi ilə bağlı təkliflərin təqdim olunması üçün Milli Məclis tərəfindən cari ilin 2022-ci ilin 26 iyul tarixində siyasi partiyalara müraciət olunub; Milli Məclisin tarixində ilk dəfə olaraq komitə iclasına çıxarılmazdan əvvəl Qanun layihəsi Mili Məclisin saytında sentyabrın 7-si rəy və təkliflərin bildirilməsi üçün yerləşdirilib; Sosial Tədqiqatlar Mərkəzi tərəfindən Qanun layihəsində əksini tapmış əsas məsələlər ilə bağlı ictimai rəy sorğusu keçirilib; Sənədin ictimai əhəmiyyəti nəzərə alınaraq Qanun layihəsi ilə bağlı siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, politoloqların və media nümayəndələrinin iştirakı ilə 2 ictimai dinləmə keçirilib; Qanun layihəsində dinləmələrdən sonra müsbətə doğru 70-dək, Milli Məclisdə komitə və plenar iclaslardan sonra müsbətə doğru 40-dək əlavə və dəyişiklik edilib; Venesiya Komissiyasının sırf siyasi partiyanın statusuna və fəaliyyətinə aid olan 132 tövsiyəsindən 112-si Qanun layihəsində nəzərə alınıb.
Ceyhun Ağayev – Zərdab rayonu Əlibəyli kənd tam orta məktəbinin müəllimi
Siyasi şərhlərdə qeyri-obyektivlik və qərəzlilik bilavasitə xarici qüvvələrinin marağına xidmət etməyinin təzahürüdür.
Radikalların qərəzli siyasi ritorikası məhz iqtidar tərəfindən ötən müddət ərzində əldə olunmuş uğurlarının gözdən salınmasına fokuslanıb. Bu cür ritorika sağlam əməkdaşlığa çağırmır, bu cür ritorika cəmiyyətin parçalanmasına xidmət edir. Odur ki, iqtidarın dialoqla bağlı açıq mesajlarına radikallar yalnız yeni təxribatlarla cavab verir
Bu gün hər bir Azərbaycan xalqı ölkəmizin uğurları, sosial-iqtisadi sferada qazandığı nailiyyətləri ilə fəxr edir. Ola bilər ki, hansısa istiqamətdə həll olunmamış məsələ qala bilər. Heç kim şübhə etmir ki, Azərbaycan rəhbərliyi cəmiyyətdə olan neqativ halları dəqiqliyi ilə bilir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hökumətinin bu çatışmazlıqların aradan qaldırılması üçün atdığı addımlar, neqativ halların yaranmasında günahkar olanların cəzalandırılması hər kəs tərəfindən təqdir olunur.
Bir məsələ xüsusilə diqqəti cəlb edir ki, radikal müxalifət hər dəfə hansısa ölkədə cərəyan edən siyasi proseslərdən sonra həvəsə düşür. Təbii ki, heç kim şübhə etmir ki, radikal müxalifət destruktiv fəaliyyətindən əl çəkmək istəmir. Onlar Azərbaycan cəmiyyətində qəbul olunmadıqlarını çox gözəl dərk edirlər. Görəsən, nə qədər imitasiya etmək olar? Nə qədər bəzi xarici, xüsusən, Azərbaycanı sevməyən siyasi dairələrlə əməkdaşlığa can atmaq olar? Nə qədər düşmən dəyirmanına su tökmək olar?!
Radikal müxalifər tərəfindən siyasi şərhlərdə qeyri-obyektivlik və qərəzlilik bilavasitə xarici qüvvələrinin marağına xidmət etməyinin təzahürüdür. Radikalların qərəzli siyasi ritorikası məhz iqtidar tərəfindən ötən müddət ərzində əldə olunmuş uğurlarının gözdən salınmasına fokuslanıb. Bu cür ritorika sağlam əməkdaşlığa çağırmır, bu cür ritorika cəmiyyətin parçalanmasına xidmət edir. Odur ki, iqtidarın dialoqla bağlı açıq mesajlarına radikallar yalnız yeni təxribatlarla cavab verir.
Tükəz Lətifli – Zərdab rayonu Çallı kənd tam orta məktəbinin müəllimi
Regionda formalaşan yeni reallıq və dünyada cərəyan edən mürəkkəb siyasi proseslər siyasi münasibətlərin iştirakçılarından yeni və müasir fəaliyyət meyarlarına adekvat olmalarını tələb edir.
Bu gün Azərbaycan təkcə Cənubi Qafqazın lider ölkəsi – regional güc mərkəzi deyil. Bakı yeni reallıqlar fonunda dialoq və əməkdaşlıq məkanı, inam və etimad ünvanıdır. Ölkəmizdə mötəbər tədbirlərin, görüşlərin keçirilməsi, qlobal siyasi atmosferə təsir imkanlarına malik elita tərəfindən taleyüklü məsələlərin müzakirəyə çıxarılması və digər bu kimi nümunələr iki məqamı ifadə edir: ölkəmizə inam və etimad yüksəkdir; Azərbaycandakı təhlükəsizlik mühiti yüksək dəyərləndirilir. Reallıqlar həm də onu təsdiqləyir ki, Azərbaycan ilə tərəfdaşlığın genişləndirilməsi güc mərkəzləri üçün strateji prioritetlərdən biridir. Bakıya regional və beynəlxalq təhlükəsizlik məsələsində inam – etimad mesajları, tərəfdaşlığı gücləndirmək çağırışları da bu səpkidə xüsusi əhəmiyyət daşıyır.
Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə son bir neçə ildə intensiv şəkildə təşviq olunan siyasi dialoq prosesi onu göstərdi ki, siyasi partiyalar arasında kəskin inkişaf fərqi mövcuddur. Sözügedən inkişaf fərqi bir çox partiyaların sadəcə təzyiq alət kimi istifadə olunmasına münbit şərait yaratmışdır. “Siyasi dialoq” artıq sadəcə demokratik məzmunlu atributiv xarakterli bir məfhum kimi yox, siyasətdə təkmil, konstruktiv, məsuliyyətli və peşəkar münasibətlərin mövcudluğunu şərtləndirən işlək mexanizm kimi qəbul olunmalıdır;
Azərbaycan hazırda öz təhlükəsizliyini təmin etməklə yanaşı regional sabitliyə və inkişafa çox mühüm töhfələr verir. Ölkəmizin təşəbbüsü ilə çoxtərəfli regional əməkdaşlıq formatları yaradılır. 44 günlük müharibədə qalib gələn ölkəmiz 100 ilik geostrateji arxitekturanı dəyişdirir. Regionda yeni geosiyasi nizamın məhz Azərbaycan-Türkiyə strateji müttəfiqliyi fonunda təşəkkül tapması isə diqqəti cəlb edir. Xüsusi vurğulamaq gərəkdir ki, iki dost, qardaş və tərəfdaş ölkə Şuşa Bəyannaməsini imzalamaqla müttəfiqlik münasibətlərinin strateji xarakterini və ən yüksək səviyyədə olduğunu bir daha təsdiqləyiblər. Bəyannamə regionun yeni geostrateji reallıqlarını təsdiqləyən sənəddir. Qars müqaviləsindən yüz il sonra Şuşa Bəyannaməsinin imzalanması hər iki ölkənin yeni hərbi-siyasi təhlükəsizlik çətiri formalaşdırması – yeni milli və regional təhlükəsizlik mexanizmi yaratmasıdır. Şuşa Bəyannaməsi Qars müqaviləsinə, Dostluq və Əməkdaşlıq haqqında Müqaviləyə, Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım haqqında müqaviləyə əsaslanaraq Azərbaycan-Türkiyə münasibətlərinə yeni mənəvi-siyasi və hərbi-strateji məzmun verib, bölgədə yeni təhlükəsizlik amilinə çevrilib.
Eşqin Məmmədov – Zərdab rayonu Əlibəyli kənd tam orta məktəbinin müəllimi