image-qanunla-reklam
image-b465a02c-bd60-3efa-94f5-b32f383d227f_850

“Siyasi Partiyalar haqqında” Qanun mütərəqqi ideyaları özündə əks etdirir

image-lady-day-az

“Siyasi Partiyalar haqqında” Qanun mütərəqqi ideyaları özündə əks etdirir

Bu gün dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən davamlı və sistemli islahatlar nəticəsində bütün sahələrdə yüksək inkişaf göstəriciləri müşahidə olunur. Dövlətimiz və cəmiyyətimiz inkişaf etdikcə yeni reallıqlar meydana gəlir və dövlətin, cəmiyyətin idarəedilməsində əsas sütun olan qanunvericilik bazasının da yenilənməsinə və təkmilləşdirilməsinə ehtiyac yaranır. Sözsüz ki, ətalət inkişafa deyil, tənəzzülə aparır. Əgər tərəqqinin və irəliləyişin, yeni imkanların və sağlam rəqabətin yaranmasını istəyiriksə, yeniliklərə də hər zaman açıq olmalı və islahatları dəstəkləməliyik.

Mövcud qanunvericilik bazası inkişaf göstəriciləri ilə səsləşməli və uyğunlaşmalıdır. Hazırkı qanun 30 il öncə qəbul edilib və indiki mövcud siyasi reallıqlarla və siyasi vəziyyətlə ayaqlaşmır. Əgər inkişaf tendensiyası qanunlarımızda da öz əksini taparsa, bu cəmiyyətimizin daha da inkişafına şərait yaradacaq. Ölkəmizin ictimai-siyasi həyatında mühüm islahatlar həyata keçirilir, mühüm hadisələr baş verir. Təbii ki, siyasi partiyaların da siyasi meydanda fəaliyyəti və qarşılıqlı əməkdaşlığı yeni qanunla tənzimlənərsə, bu yeni sağlam rəqabət münasibətinin formalaşmasına gətirib çıxaracaq: “Yeni qanunun qəbulundan sonra hər kəs bərabər şəkildə siyasi partiya yaratmaq və ya mövcud siyasi partiyaya daxil olmaq hüququna malik olacaq. Bu qanunla dövlət qeydiyyatdan keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə təminat verilir. Yeni qanunda siyasi partiyanın necə təsis edilməsi, reyestrdə onlarla bağlı hansı məlumatların olması, partiya fəaliyyəti üçün tələblər, habelə siyasi partiyaların fəaliyyətinə nəzarət mexanizmləri, partiya üzvlüyünə məhdudiyyətlər, partiyaların rəmzlərinin müəyyənləşməsi, onların  maliyyələşməsinin təşkili, qeydə alınmayan və ya qeydiyyatı ləğv edilən siyasi partiyanın fəaliyyətinin nədən ibarət ola biləcəyinə və sair məsələlərə dair mühüm məqamlar yer alıb”.

Xüsusi ilə qeyd etmək lazımdır ki, yeni qanun layihəsinin hazırlanması zamanı Venesiya Komissiyasının 2010-cu ildə qəbul etdiyi “Siyasi partiyaların fəaliyyətinin hüquqi tənzimlənməsi barədə vəziyyət”, Venesiya Komissiyasının və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosunun 2021-ci ildə qəbul etdiyi “Ukraynanın Siyasi partiyalar haqqında Qanununun layihəsinə dair birgə rəy”, inkişaf etmiş 24 ölkənin təcrübəsi, ölkədə fəaliyyət göstərən siyasi partiyalardan 47-sinin Milli Məclisə yazılı formada təqdim edilmiş 250-dən çox təklif, o cümlədən parlamentdə komitə və plenar iclaslarda deputatlar tərəfindən irəli sürülmüş 100-dən çox təklif nəzərə alınıb. Önəmlisi odur ki, qanun layihəsinin hazırlanmasında ictimai müzakirələr davamlı olaraq keçirilib ki, bu da yeni qanunda mütərrəqi ideyların və demokratik dəyələrin öz əksini tapmasına şərait yaradıb. Ölkəmizdə siyasi partiyaların fəaliyyəti üçün bərabər şərait yaradılıb. İnanırıq ki, yeni qanun siyasi partiyaların fəaliyyəti üçün əlavə stimul olacaq və onlar arasında sağlam rəqabət mühiti yaranacaq.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 

Yeni qanunun qəbulu ölkədə həyata keçirilən islahatların növbəti təzahürüdür

Azərbaycan ən islahatçı ölkələr sırasında qərarlaşıb. Dövlət başçısı İlham Əliyev islahatlar prosesinin labüd olduğunu bildirir. “Azərbaycan sabit, müasir və demokratik ölkədir. Demokratiyanın inkişafı və insan hüquqlarının qorunması hökumətimizin başlıca prioritetləri sırasındadır. Bütün fundamental hüquqlar, o cümlədən ifadə azadlığı, media azadlığı, toplaşma azadlığı, dini etiqad azadlığı və vətəndaş cəmiyyətinin inkişafı tam şəkildə təmin edilir” söyləyən ölkə Prezidenti bu məqamı da xüsusi qeyd edir ki, uğurla başlayan siyasi dialoq siyasi sistemimizi gücləndirəcək və Azərbaycanın dayanıqlı inkişafının təmin olunması işinə xidmət edəcəkdir.

Bu uğurları şərtləndirən əsas amil dövlətimizin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində ölkəmizdə sabitliyin, qanunun aliliyinin təmin olunmasıdır. Hər bir ölkə iqtisadi əlaqələr qurmaq istədiyi dövlətdə ilk olaraq mövcud ictimai-siyasi duruma, demokratiyanın inkişaf səviyyəsinə diqqət yetirir. Azərbaycan daim dünya üçün açıq, insan hüquqlarının yüksək səviyyədə qorunduğu, demokratik ölkə kimi qəbul edilir. Bu uğuru da böyük qürur hissi ilə qeyd edirik ki, Azərbaycanın tarixi Zəfərinin reallıqları bütün sahələrdə təkmilləşməni bir tələbə çevirir. Bu baxımdan əvvəlki illərdə qəbul edilmiş qanunların təkmilləşdirilməsi, beynəlxalq normalara uyğunlaşdırılması zərurəti yaranır. “Siyasi partiyalar haqqında” yeni Qanunun qəbulu ölkədə həyata keçirilən islahatların növbəti təzahürüdür. İslahatlar ölkəmizi yeni inkişaf mərhələsinə çıxarıb, Azərbaycan beynəlxalq aləmdə islahatçı, yenilikçi, innovasiyalar ölkəsi kimi tanınır və nüfuz qazanır. “Siyasi partiyalar haqqında” yeni Qanunun qəbulunu yüksək dəyərləndirirəm. Sənəddə əksini tapan 30 maddə özündə bütün çağırışları ehtiva edir və onların yerinə yetirilməsini bir tələbə çevirir. Qanunlara riayət etmək hər kəsin borcudur. “Siyasi partiyalar haqqında” Qanun 1992-ci ildə qəbul edilmişdir. Hər dəfə Qanuna əlavə və  dəyişikliklərin ediməsi gec-tez yeni Qanunun qəbulunu zərurətə çevirəcəkdi və çevirdi.

Yeni qanun layihəsinin hazırlanması zamanı beynəlxalq təcrübədən istifadə edildi. Venesiya Komissiyasının 2010-cu ildə qəbul etdiyi “Siyasi partiyaların fəaliyyətinin hüquqi tənzimlənməsi barədə vəziyyət”, Venesiya Komissiyasının və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosunun 2021-ci ildə qəbul etdiyi “Ukraynanın Siyasi partiyalar haqqında Qanununun layihəsinə dair birgə rəy”, inkişaf etmiş 24 ölkənin təcrübəsi, ölkədə fəaliyyət göstərən siyasi partiyalardan 47-sinin Milli Məclisə yazılı formada təqdim edilmiş 250-dən çox təklif, o cümlədən parlamentdə komitə və plenar iclaslarda deputatlar tərəfindən irəli sürülmüş 100-dən çox təklif nəzərə alındı.

Yeni Qanun əvvəlkindən fərqli məqamları özündə  ehtiva edir. Belə ki,  hər kəs bərabər şəkildə siyasi partiya yaratmaq və ya mövcud siyasi partiyaya daxil olmaq hüququna malikdir. Dövlət qeydiyyatdan keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə təminat verilir. Həmçinin dövlət siyasi partiyaların təsis edilməsi və fəaliyyətlərinin həyata keçirilməsi üçün, hüquqlarına və qanuni mənafelərinə əməl olunmasına bərabər hüquqi şərait yaradılmasına təminat verir.

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc

 

“Siyasi partiyalar haqqında” yeni qanun ölkəmizdə siyasi mühitinin inkşafına böyük təkan verəcək

Bu gün Azərbaycanda digər sahələrlə yanaşı qanunvericilik sahəsi də inkşaf etdirilir, təkminləşdirilir və müasir dövr dünya  standarlarının tələblərinə uyğunlaşdırılır.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 yanvar 2023-cü il tarixində imzaladığı müvafiq Fərmanla qüvvəyə minmiş “Siyasi partiyalar haqqında” qanun, ölkəmizdə siyasi mühitdə  və qanunvericilik sahəsində həyata keçirilən islahatlara bariz nümunədir.

“Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu hələ 30 il bundan əvvəl -1992-ci il iyun ayının 3-də qəbul edilmişdir. Eyni zamanda bir müddət öncə Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni Qanun layihəsinin hazırlanması üçün Milli Məclis sədrinə müraciət etmişdir. Bütün bu faktlar bir daha göstərir ki, artıq ölkəmizdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin qəbulu mütləq zərurətə çevrilmişdir.

Qəbul edilmiş yeni qanun layihəsi müasir dövrün tələbləri ilə yanaşı bütünlükdə dünya standartlarına da tam cavab verir. Belə ki qanunun qəbulu zamanı Venesiya Komissiyasının 2010-cu ildə qəbul etdiyi “Siyasi partiyaların fəaliyyətinin hüquqi tənzimlənməsi barədə vəziyyət”, Venesiya Komissiyasının və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosunun 2021-ci ildə qəbul etdiyi “Ukraynanın Siyasi partiyalar haqqında Qanununun layihəsinə dair birgə rəy”, 24 ölkənin təcrübəsi , 47 siyasi partiyadan Milli Məclisə yazılı formada təqdim edilmiş 250-dən çox təklif və Milli Məclisdə komitə və plenar iclaslarda deputatlar tərəfindən irəli sürülmüş 100-dən çox təklif nəzərə alınmışdır.

Qəbul edilmiş yeni qanuna nəzər saldıqda görürür ki, yeni qanun siyasi partiyaların fəaliyyətinin səmərəliliyinin və effektliliyinin yüksəlməsinə hesablanmışdır.

Ümumilikdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ölkəmizdə siyasi mühitinin inkşafına və siyasi sistemin dayanıqlığına böyük təkan verməklə yanaşı  siyasi partiyalar üçün yeni imkanlar açmış olacaq.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

Qanun layihəsinin hazırlanması zamanı siyasi partiyalardan daxil olan təkliflər nəzərə alınıb

Milli Məclisin 16 dekabr 2022-ci il tarixli iclasında “Siyasi partiyalar haqqında” yeni qanun böyük səs çoxluğu ilə qəbul edildi. Beləliklə, Azərbaycanda siyasi partiyalarla münasibəti tənzimləyən, iqtidar-müxalifət dialoqunu yeni müstəviyə daşıyan hüquqi-normativ aktın bazası daha da gücləndirildi. Bu faktor eyni zamanda, ölkəmizdə reallaşdırılan davamlı, ardıcıl siyasi islahatların məntiqi nəticəsidir.

Bu qanunla Azərbaycanın siyasi institutları öz inkişafının tarixi bir mərhələsinə yekun vurub, yeni siyasi reallıqlara və dəyişikliyə qədəm qoyacaqlar.

Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələrinin “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciətindən sonra yeni layinənin işlənməsinə srart verildi. Parlamentin plenar iclasları ilə paralel olaraq ictimai-siyasi institutlarda da onun müzakirələri aparıldı. Müzakirələrdə çıxış edən siyasi partiya liderlərinin mövcud problemlərin, qarşıda duran məsələlərin həlli baxımından qanun layihəsinə öz münasibətlərini bildirmələri, onun ayrı-ayrı müddəaları barədə konkret rəy və təkliflərini səsləndirmələri üçün geniş şərait yaradıldı. Qəbul olunmuş yeni qanun partiyaların fəaliyyətinin təkmilləşməsi, funksiya və fəaliyyət dairələrinin genişlənməsi və dinamik hüquqi tənzimlənməsi məqsədi daşıyır. Bu qanunla Azərbaycanın siyasi institutları öz inkişafının tarixi bir mərhələsinə yekun vurub, yeni siyasi reallıqlara və dəyişikliyə qədəm qoyacaqlar. Yeni qanun həm də cənab Prezidentin apardığı siyasi islahatların məntiqinə əsaslanır.

“Siyasi partiyalar haqqında” yeni qanunun hazırlanması zamanın tələbi kimi qitmətləndirilir və eyni zamanda, Azərbaycanda dövlətçilik ənənələrinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Digər tərəfdən, qeyd olunanlar nəzərə alınaraq, Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət etdilər ki, məhz həmin müraciət yeni mühitin və demokratik dəyərlərin inkişafına tərəf atılan addım kimi dəyərləndirilir.

Nəticədə isə yeni qanun layihəsinin hazırlanması prosesinə demokratik və şəffaf şəkildə başlanıldı. İlk dəfə olaraq qanun layihəsi Milli Məclisin plenar iclasına, həmçinin komitələrin iclasına çıxarılmazdan əvvəl Milli Məclisin saytında yerləşdirildi. Oktyabrın 24-də isə Milli Məclisdə partiya rəhbərlərinin və nümayəndələrinin iştirakı ilə geniş dinləmə keçirildi, bir sıra iradlar və tənqidlər bildirildi. Təbii ki, həmin məsələlərdən qaynaqlanan və müsbət yöndə təhlil edilən hər bir faktor dərindən araşdırıldı, sonda münbit nəticəyə gəlindi.

Onu da qeyd etmək lazımdır ki, keçirilən bütün ictimai dinləmə və müzakirələr Milli Məclisin müzakirələrə açıq olduğunu nümayiş etdirdi ki, bu reallıq da Azərbaycanın siyasi mühitində bilavasitə demokratik dəyərlərə sadiqliyin göstəricisi kimi analaşılır.

Digər tərəfdən, qanun layihəsinin hazırlanması zamanı siyasi partiyalardan daxil olan təkliflər nəzərə alınıb, beynəlxalq təcrübəyə istinad edilib ki, bu da layihənin əhəmiyyətini göstərən əsas faktorlardan hesab olunur.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

“Siyasi partiyalar haqqında qanun” –siyasi rentabelliyin və demokratik dəyərlərin təntənəsi

Siyasi partiyaların ictimai müzakirələr zamanı səsləndirdiyi fikirlərin sənəddə öz əksini tapması da bir daha təsdiq edir ki, yeni layihə siyasi mühitdə islahatların davam etdirilməsinə təkan verəcək. Bu qanun layihəsinin Konstitusiyaya və Avropa İnsan Hüquqları Konvensiyasına uyğun olması, o cümlədən birləşmək azadlığı hüququnu özündə ehtiva etməsinə imkan yaradır.

Məntiqi nəticə isə budur: heç şübhəsiz ki, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin müxtəlif platformalarda müzakirəsi, irad və təkliflərin nəzərə alınması çox müsbət haldır və gələcəkdə bu tendensiyanın davam etdirilməsi sosial sifarişin təzahürüdür!

Əbəs deyil ki, ölkəmizdə fəaliyyət göstərən onlarla siyasi təşkilatlar və onların rəhbərləri də bəyan edirlər ki, məhz siyasi plüralizmin hökm sürdüyü dinləmələrdə layihə ilə bağlı təmsil edilən müxtəlif partiya üzvləri öz iradələrini sərbəst ifadə etmək imkanı əldə etdilər. Müzakirələrdə çıxış edən siyasi partiya liderlərinin mövcud problemlərin, qarşıda duran məsələlərin həlli baxımından qanun layihəsinə öz münasibətlərini bildirmələri, onun ayrı-ayrı müddəaları barədə konkret rəy və təkliflərini səsləndirmələri üçün geniş şərait yaradıldı.

Həmçinin, ötən il noyabrın 23-də Milli Məclisin İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin birgə iclası keçirildi. Tədbirdə parlamentdə təmsil olunan siyasi partiyaların sədrləri və üzvləri olan deputatlar iştirak edərək qanun layihəsinə edilən dəyişikləri yüksək qiymətləndirdilər.

Məntiqi nəticə isə budur: heç şübhəsiz ki, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin müxtəlif platformalarda müzakirəsi, irad və təkliflərin nəzərə alınması çox müsbət haldır və gələcəkdə bu tendensiyanın davam etdirilməsi sosial sifarişin təzahürüdür!

Daha bir mühüm məqamı da qeyd etmək lazımdır ki, əvvəlki müzakirələrdəki tənqidlərin bir çoxu yeni layihədə artıq çıxarıldı, bir çox irad və təkliflər nəzərə alındı. Ona görə də tam əminliklə deyə bilərik ki, sənədin yenilənməsi zamanı layihədə çox ciddi dəyişikliklər edildi. Misal üçün, seçkilərdə 2 və ya 3 dəfə iştirak etməyən partiyaların qeydiyyatının ləğv edilməsi ilə bağlı müddəalar layihədən çıxarıldı. Eyni zamanda, Azərbaycanda ilk dəfə dövlət hər hansı kvota qoymadan, yəni 3 faizlik baryer müəyyənləşdirmədən seçki prosesinə marağı artırmaq və beləliklə, siyasi rəqabəti gücləndirmək, təbliğat və təşviqat prosesini genişləndirmək, hər vətəndaş səsi uğrunda mübarizə aparmaq, seçiciləri ayrılıqda deyil, nizami və strukturlaşmış partiyalara cəlb etmək üçün Avropa siyasi təcrübəsində geniş tətbiq olunan bir model qanunvericiliyə daxil edildi.

Beləliklə, proseslərin təhlili də onu da göstərir ki, bizi qarşıda yeni çağırışlar, demokratik mühitin daha geniş imkanlara malik olması istiqamətində növbəti yeni uğurlar gözləyir. Məhz bu baxımdan, onu da vurğulamalıyıq ki, biz sözügedən prosesə doğru atılan hər bir addımda, dövlətçiliyimizin daha da güclənməsi yönündə, müstəqilliyimizin daha da möhkəmlənməsi naminə mütərəqqi addımlarımızı genişləndirməliyik və həmin proses Prezident İlham Əliyevin rəhbərliyi ilə və müdrik siyasəti sayəsində davam edir.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

 

“Siyasi partiyalar haqqında” Qanunun yenilənməsi zərurət idi

Azərbaycanda “Siyasi partiyalar haqqında” Qanun ilk dəfə 3 iyun 1992-ci il tarixdə qəbul edilmişdir. Qanunun  qəbul edilməsindən ötən 30 ildən çox vaxt ərzində ölkəmiz davamlı olaraq inkişaf etmiş və yeni siyasi konfiqurasiya formalaşmışdır. Məhz bu baxımdan “Siyasi partiyalar haqqında” qanunun yenilənməsi zərurəti meydana çıxmışdı.

Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni Qanun layihəsinin hazırlanması üçün ötən ilin ortalarında Milli Məclisin sədrinə müraciət etmişlər.Yeni qanun layihəsinin hazırlanması ilə bağlı siyasi partiyaların təklifi dəstəklənmiş və yeni qanun layihəsinin hazırlanması üçün işlərə başlanılmışdır.

Ölkəmizdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi hazırlanarkən 24 ölkənin təcrübəsi öyrənilmiş və Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi haqqında tövsiyələri nəzərə alınmışdır. Yeni qanun layihəsi hazırlanarkən 47 siyasi partiyadan 250-dən çox təklif alınmışdır. “Siyasi partiyalar haqqında” yeni  qanun layihəsi ilə bağlı siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, politoloqların və media nümayəndələrinin iştirakı ilə 2 ictimai dinləmə keçirilmişdir. İctimai dinləmələrdən sonra Qanun layihəsində müsbətə doğru 70-dək, Milli Məclisdə komitə və plenar iclaslardan sonra isə müsbətə doğru 40-dək əlavə və dəyişiklik edilmişdir.

Qəbul edilmiş  yeni Qanunda diqqət çəkən çox mühüm və müsbət məqamlar öz əksini tapmışdır. Mühüm məqamlardan biri dövlət büdcəsinin vəsaiti hesabına siyasi partiyalara maliyyə yardımının göstərilməsi məsələsidir. Yeni Qanuna əsasən siyasi partiyalar ictimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat materialların hazırlanması və satışı ilə bağlı olan sahibkarlıq fəaliyyəti ilə məşğul ola biləcəklər. İcazə verilmiş sahibkarlıq fəaliyyətinin növləri ilə məşğul olmaq, həmçinin “Media haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq çap mediasını təsis etmək və ya çap mediasının iştirakçısı olmaq üçün siyasi partiya təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilər.

Ümumiyətlə, yeni qəbul edilmiş “Siyasi partiyalar haqqında” Qanunla tanış olarkən görürük ki, siyasi partiyaların müasir dövrün tələbləri çərçivəsində öz fəaliyyətlərini qura bilmələri üçün münbit hüquqi şərait yaradılır. Ölkədəki mövcud demokratik prinsiplərə əməl edilməklə, şəffaflıq şəraitinə tam uyğunlaşdırılaraq qəbul edilmiş yeni qanun sağlam siyasi mühitin formalaşmasında və yeni cəmiyyət quruculuğu prosesinin sürətləndirilməsində mühüm əhəmiyyətə malik olacaq.

Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc

 

“Siyasi partiyalar haqqında” yeni Qanun demokratik təsisatların inkişafı, təkmilləşdirilməsi dövlət siyasətinin əsasını təşkil edir

Günümüzün əsas mövzularından biri dövlət başçısı İlham Əliyevin yanvarın 11-də təsdiqlədiyi “Siyasi partiyalar haqqında” yeni Qanunun perspektivləridir. Yeni Qanun hansı yeniliklərə yol açacaq?

6 fəsildən, 30 maddədən ibarət olan bu Qanunun qəbulunu zəruri edən səbəblər məlumdur. Bu gün Azərbaycan müstəqilliyinin bərpasının 31 ilini arxada qoyub. Bu illər ərzində Azərbaycanın keçdiyi inkişaf yolunun xronologiyası təsdiqlyir ki, bugünkü Azərbaycanı müstəqilliyinin bərpasının ilk illəri ilə müqayisə etmək qeyri-mümkündür. Bu gün artıq tarixi Zəfəri ilə dünyaya səs salan qalib Azərbaycanın uğurlarından danışırıq. Zəfərimiz 30 ildən artıq dövrün təqdimatıdır. Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdışından sonra belə bir çağırışı etdi  ki, demokratiya bizim strateji kursumuzun əsas mahiyyətini təşkil edir. Biz bu yolla gedəcəyik, heç bir qüvvə bizi bu yoldan döndərə bilməz. Ölkəmizdə demokratik təsisatların inkişafı istiqamətində atılan addımlar davamlılığı ilə diqqət çəkdi. 1992-ci ildə qəbul olunan “Siyasi partiyalar haqqında” Qanun o dövrün reallıqlarını əks etdirirdi. Bu o dövr idi ki, Azərbaycan müstəqilliyini yenicə bərpa etmişdir. Ölkəyə rəhbərlik edən ünsürlərin səriştəsizliyi ucbatından Azərbaycan faciələrlə üz-üzə qalmışdır. Artıq o zamandan bizləri ayıran 30 ildən artıq vaxt bu reallığı ortaya qoyur ki, 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bütün istiqamətlərdə, o cümlədən demokratiya sahəsində mühüm addımlar atıldı.

Son 19 ildə Heydər Əliyev siyasətinin uğurlu davamı bu sahədə də özünü aydın şəkildə büruzə verir. Siyasi partiyaların normal fəaliyəti üçün bütün zəruri addımlar atılır. Ölkədə formalaşan yeni siyasi konfiqurasiya qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımların atılmasını zəruri etdi.  Bu baxımdan Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni Qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət etdilər. “Siyasi partiyalar haqqında” Qanun layihəsinin hazırlanması zamanı 20-dən artıq ölkənin təcrübəsi nəzərdən keçirildi. Azərbaycan hər zaman dünya təcrübəsinin  tətbiqinə xüsusi maraq göstərir.  Həmçinin 47 siyasi partiya Milli Məclisə yazılı formada  250 təklif təqdim etmişdir. “Siyasi partiyalar haqqında” Qanun layihəsinin hazırlanması zamanı təmin edilən məqamlara gəldikdə isə Milli Məclisin tarixində ilk dəfə olaraq komitə iclasına  çıxarılmazdan əvvəl Qanun layihəsi Mili Məclisin saytında  rəy və təkliflərin bildirilməsi üçün yerləşdirildi. Sənədin ictimai əhəmiyyəti nəzərə alınaraq Qanun layihəsi ilə bağlı siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, politoloqların və media nümayəndələrinin iştirakı ilə 2 ictimai dinləmə keçirildi.  Qanun layihəsində dinləmələrdən sonra müsbətə doğru 70-dək, Milli Məclisdə komitə və plenar iclaslardan sonra müsbətə doğru 40-dək əlavə və dəyişiklik edildi. Venesiya Komissiyasının siyasi partiyanın statusuna və fəaliyyətinə aid olan 132 tövsiyəsindən 112-si Qanun layihəsində nəzərə alınıb.

Yeni qanunda əksini tapan 30 maddənin hər biri özlüyündə siyasi partiyaların fəaliyyətinin təkmilləşdirilməsində öz sözünü deyəcək. 30 maddə ayrı-ayrılıqda siyasi partiyaların qarşısında müəyyən tələbləri qoyur. Təbii ki, qanunlardan irəli gələn vəzifələrin uğurlu icrası qalib Azərbaycanın dayanıqlı inkişafını stimullaşdırır.

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

 

“Siyasi partiyalar haqqında” qanun siyasi sistemin təkmilləşnəsinə xidmət edəcək, güclü siyasi partiyaların formalaşmasını təşviq edəcək

Prezident İlham Əliyev yanvarın 11-də “Siyasi partiyalar haqqında” qanunu təsdiqləyib. Bu qanun 6 fəsil, 30 maddədən ibarətdir. Yeni qanun qüvvəyə mindiyi üçün 1992-ci ildə qəbul olunmuş qanun ləğv edilir. “Siyasi partiyalar haqqında” yeni qanunun hazırlanmasında siyasi partiyaların təklifləri nəzərə alınıb. “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin təsdiq olunması bir sıra zərurətdən irəli gəlirdi. Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi mövcud siyasi partiya rəhbərləri, siyasi xadimlərin iştirakı ilə müzakirə olunub və bu ictimai müzakirələr kifayət qədər konstruktiv məcrada aparılıb. Geniş fikir mübadiləsi nəticəsində 47 siyasi partiya tərəfindən 250-dən çox təklif alınıb. Təkliflər əsasında sənədin yenilənməsi zamanı layihədə 66 dəyişiklik edilib. Çoxlu sayda dəyişikliyin edilməsi qanun layihəsinin daha da təkmilləşdirilməsi ilə bağlı mövqeni bir daha nümayiş etdirir. “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi xalqın siyasi iradəsinin ifadəsi, siyasi plüralizm və digər təməl demokratik dəyərlər əsasında hazırlanıb. Əsas prinsip, insanların siyasi proseslərdə iştirakını, siyasi düşüncə və mövqeyinə uyğun təşkilatlanma hüququnu təmin etməkdir. Qanun layihəsində çoxpartiyalı sistemin daha da təkmilləşdirilməsini nəzərdə tutulub. Qanun layihəsi hazırda reallaşan islahatlar kontekstində yeni siyasi sistemin tələblərinə cavab verəcək mütərəqqi bir sənəddir. Qanun layihəsinin hazırlanması zamanı siyasi partiyalardan daxil olan təkliflər nəzərə alınıb, beynəlxalq təcrübəyə istinad edilib ki, bu da layihənin əhəmiyyətini göstərən əsas faktorlardan hesab olunur. Siyasi partiyaların ictimai müzakirələr zamanı səsləndirdiyi fikirlərin sənəddə öz əksini tapması da bir daha təsdiq edir ki, yeni layihə siyasi mühitdə islahatların davam etdirilməsinə təkan verəcək. Digər bir məsələ iki dəfə ardıcıl olaraq, parlament, prezident və ya bələdiyyə seçkilərində iştirak etməyən partiyaların dövlət qeydiyyatının ləğv edilməsi ilə bağlı təklifidi ki, bu müddəalar layihədən çıxarılıb.

Ölkədə fəaliyyət göstərən siyasi partiyaların böyük əksəriyyəti qısa müddət ərzində qanun layihəsinin strukturu, konsepsiyası, ölkədə aparılan siyasi islahatların dərinləşdirilməsi, siyasi partiyaların institusional inkişafının gücləndirilməsi barədə təklif və istəklərini Milli Məclisə təqdim etdilər. Yeni qanun layihəsinə siyasi partiyalar tərəfindən göstərilən yüksək maraq bir daha onu nümayiş etdirdi ki, bu, təşəbbüs vaxtında irəli sürülüb və Prezident İlham Əliyevin müəyyən etdiyi yeni siyasi konfiqurasiyanın tam formalaşması, siyasi dialoq mühitinin daha da yaxşılaşdırılması və ölkədə siyasi sistemin təkmilləşdirilməsi baxımından xüsusi önəm kəsb edir.

“Siyasi partiyalar haqqında” qanun siyasi sistemin təkmilləşnəsinə xidmət edəcək, güclü siyasi partiyaların formalaşmasını təşviq edəcək, cəmiyyətdə sağlam siyasi münasibətlərin qurulması və bundan sonra da demokratik əsaslarla inkişaf etməsi üçün möhkəm hüquqi özül yaradacaq.

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc

 

“Siyasi partiyalar haqqında” yeni Qanun siyasi sistemin daha da təkmilləşdirilməsinə xidmət edir

“Azərbaycanda ilk “Siyasi partiyalar haqqında” Qanun 31 il öncə qəbul edilib. Bu Qanun heç şübhəsiz ki, həmin dövrün tələblərinə uyğun olsa da, qəbulundan ötən 31 il ərzində sürətlə dəyişən Azərbaycanın yeni siyasi konfiqurasiya tələblərinə artıq cavab vermir. Ona görə də “Siyasi partiyalar haqqında” yeni Qanunun qəbuluna zərurət var idi. Bu mənada, “Siyasi partiyalar haqqında” yeni Qanun həm formalaşan yeni siyasi konfiqurasiyanın tələblərinə uyğundur, həm də qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsini real hadisəyə çevirir”.

Hələ bir müddət öncə Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni Qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət etmişdilər: “Məhz bundan sonra Venesiya Komissiyasının rəy və qərarları, 24 ölkənin təcrübəsi, 47 siyasi partiyanın 250-dən çox, deputatlar tərəfindən irəli sürülmüş 100-dən çox təklif əsasında hazırlanmış “Siyasi partiyalar haqqında” Qanun layihəsi rəy və təkliflərin bildirilməsi üçün Mili Məclisin saytında yerləşdirildi, Sosial Tədqiqatlar Mərkəzi tərəfindən ictimai rəy sorğusu keçirildi, sənədin ictimai əhəmiyyəti nəzərə alınaraq Qanun layihəsi ilə bağlı siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, politoloqların və media nümayəndələrinin iştirakı ilə iki ictimai dinləmə təşkil edildi. Qanun layihəsinə məhz həmin dinləmələrdən sonra 70-dək, Milli Məclisdə komitə və plenar iclaslardan sonra isə 40-dək əlavə və dəyişikliklər edildi. O da qeyd edilməlidir ki, Venesiya Komissiyasının sırf siyasi partiyanın statusuna və fəaliyyətinə aid olan 132 tövsiyəsindən 112-si Qanun layihəsində nəzərə alınıb. Yəni, görünən odur ki, böyük ictimai-siyasi əhəmiyyət kəsb edən “Siyasi partiyalar haqqında” yeni Qanunun qəbulu prosesi tamamilə demokratik mühitdə keçib. Qanun yaradıcılığı prosesində yalnız deputatlar deyil, siyasi partiyaların nümayəndələrinin, ictimaiyyətçilərin də iştirakı da onu göstərir ki, “Siyasi partiyalar haqqında” yeni Qanun siyasi və sosial-ictimai zərurət olaraq ərsəyə gəlib”.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

 

Yeni qanunla siyasi partiyaların fəaliyyəti əsasən seçkilərdə iştirakla bağlı olacaqdır

“Siyasi partiyalar haqqında” Qanun layihəsi sosial şəbəkələrdə də geniş şəkildə müzakirə olunub, bir çox statuslar yazılıb, rəylər bildirilib” – deyən Ramil Vəlibəyov əlavə edib ki, yalnız radikal müxalifət nümayəndələri aqressiv, dağıdıcı, düşmən münasibəti ortaya qoyublar: “Heç şübhəsiz ki, radikal müxalifət nümayəndələri ölkəmiz üçün müsbət xarakter daşıyan bütün tendensiyalarda “beşinci kolon” rolunu oynayıb, süni ictimai narazılıq mühiti formalaşdırmağa cəhdlər edib. “Siyasi partiyalar haqqında” Qanun layihəsi ilə bağlı cəmiyyətin ictimai-siyasi kəsiminin müsbət rəyinə baxmayaraq, radikallar bu dəfə də yalnız qaralama, ləkələmə metoduna üstünlük veriblər. Bu da səbəbsiz deyil. Çünki “Siyasi partiyalar haqqında” yeni Qanunun tələblərinə görə radikal müxalifət nümayəndələri partiya olaraq özlərini təsdiq edə bilməyəcəklər. Çünki onlar vərdişlərindən çəkinmək iradəsinə malik deyillər. Məsələn, “Siyasi partiyalar haqqında” yeni Qanunda göstərilir ki, siyasi partiyalar hakimiyyətin zorla ələ keçirilməsi və ya saxlanılması, kütləvi iğtişaşlara, terrorçuluğa açıq çağırışlar edə bilməz. Lakin hər kəs bilir ki, AXCP adlı radikal müxalifət yuvası hər gün bu cür çağırışlar edir, hətta Əli Kərimlinin mühafizəçisi terrorçuluğa dəstək səbəbindən həbsdədir. Yaxud da ki, siyasi partiyalar qanunun tələbinə uyğun olaraq 5000 üzv sayını təmin etməlidir. Bu məsələdə də görürük ki, radikal müxalifət ümidsizdir. Çünki zamanında onların hansısa qrant mənbələri hesabına təşkil etdikləri aksiyalara ən çoxu 500-1000 adam gələrdi. Demək ki, radikal müxalifət reyestr üçün tələb olunan sayı da təmin etmək gücündə deyil. Daha doğrusu, sosial bazası yoxdur. Onu da əlavə etmək lazımdır ki, uzun illərdir AXCP kimi radikal müxalifət qurumları MSK-ya boş hesabatlar verməklə özlərini “qüsursuz” göstərməyə çalışıblar. Bu mənada həm maliyyə, həm də üzvlərlə bağlı hər il “0” hesabatı təqdim edən radikal müxalifət qanunun yeni tələblərini yerinə yetirmək potensialına sahib deyildir. Eləcə də yeni qanunla siyasi partiyaların beynəlxalq təşkilatlar, xarici dövlətlər, xarici hüquqi şəxslər, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən maliyyələşdirilməsi də qadağandır. Bəs, görəsən radikal müxalifət bu maddələrlə bağlı nə edə biləcək? Axı, hər kəs bilir ki, onların maliyyəsi xarici mənbələr hesabına formalaşır. Hətta, bir zamanlar AXCP sədrinə Rusiyadan külli miqdarda vəsaitin göndərildiyi bəlli olmuşdu. Eyni zamanda, adı çəkilən partiyanın xanım nümayəndəsi Gürcüstandan Əli Kərimliyə pul daşıyırdı. Yəni, bütün bunlar faktlardır və radikal müxalifətin özünə bəraət qazandıracaq halları mövcud deyildir. O da əlavə olunmalıdır ki, yeni qanunla siyasi partiyaların fəaliyyəti əsasən seçkilərdə iştirakla bağlı olacaqdır.

Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki