image-qanunla-reklam
image-vulkan

Siciliyada Etna vulkanı yenidən aktivləşib

image-lady-day-az

Avropadakı bir neçə aktiv vulkandan biri, İtaliyanın cənubundakı Etna kül və lava püskürüb.

“Qanunla.Az” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutu məlumat yayıb.

İtaliya mətbuatının məlumatına görə, vulkanın cənub-şərq krateri ərazisində püskürmə ötən gecə başlayıb və gecə saatlarına qədər davam edib. Kül sütunlarının hündürlüyü 10 km-ə çatıb.

Vulkan püskürməsi səbəbindən ada ətrafında uçuşlar üçün “qırmızı kod” xəbərdarlığı edib.

Siciliya adasında yerləşən, hündürlüyü təxminən 3 min metr olan vulkan bir neçə aydır ki, püskürmür.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki