image-qanunla-reklam
image-iki

Separatizmə son qoyulması

image-lady-day-az

Separatizmə son qoyulması

Sentyabr ayının Azərbaycan Xalqının tarixində xüsusi yeri var. Çünki həm 2020-ci ilin sentyabrın 27-də İkinci Qarabağ müşaribəsi başlayaraq 44 gündə ordumuzun qələbəsi ilə başa çatdı. Həm də 2023-cü ilin sentyabrın 19-da birgünlük antiterror tədbirləri ilə Qarabağdakı separatizmə son qoyuldu və xunta əbədilik ləğv edildi.

44 günlük Vətən müharibəsindən sonra Azərbaycan dəfələrlə Ermənistana davamlı sülh üçün çağırışlar etsə də Ermənistan tərəfi hər dəfə danışıqlardan boyun qaçırır, bununla da kifayətlənməyərək suveren ərazilərimizdə silahlı təxribatlarını davam etdirirdi. 44 günlük Vətən müharibəsində müzəffər ordumuzun qazandığı şanlı Zəfərdən sonra Ermənistanın 10 noyabr 2020-ci ildə imzaladığı kapitulyasiya aktında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək  Azərbaycanın ərazi bütövlüyünə yönəlik təhdidləri davam etdirməkdədir. Üçtərəfli Bəyanatın imzalanmasından keçən 3 il müddətində 314 vətəndaşımız mina terrorundan zərər çəkmiş, 61 vətəndaşımız mina terrorunun, onlarla hərbi qulluqçumuz isə erməni qəsbkarlarının açdığı xain atəşin qurbanı olmuşdur.

44 günlük müharıbədən sonra Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb olmuşdur.

2023-cü il sentyabrın 19-20-də keçirilən antitterror tədbirləri Azərbaycanın öz ərazi bütövlüyü uğrunda həyata keçirdiyi prosesin əsas tərkib hissəsi kimi respublikamızın mühüm hərbi-siyasi uğuru oldu. Bununla da möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 2020-ci ildə Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsinin ardınca növbəti tarixi zəfərimizin müəllifinə çevrildi.

2023-cü il sentyabrın 19-da Qarabağda genişmiqyaslı hərbi təxribatların və terror hücumlarının törədilməsi, nəticədə mülki vətəndaşlarımızın və hərbi qulluqçularımızın şəhid olması erməni separatçılarına qarşı təxirəsalınmaz təsirli tədbirlərin görülməsini qaçılmaz etdi. Beləliklə, 2023-cü il sentyabrın 19-da başlanan və bir sutkadan da az davam edərək Qarabağdakı separatçı dəstələrin darmadağın edilməsi, onların təslim olması ilə nəticələnən lokal xarakterli antiterror tədbirləri Azərbaycan Ordusunun düşmənə vurduğu növbəti “dəmir yumruq” oldu. Bu əməliyyat bir daha Azərbaycan Ordusunun gücünü, ən çətin relyefi olan coğrafi şəraitdə belə uğurlu əməliyyatlar keçirməyə qadir olduğunu, hərbçilərimizin vətənpərvərliyini göstərdi.

Odur ki, ərazi bütövlüyümüzün bərpa olunması Prezident cənab İlham Əliyevin siyasətinin şah əsəridir. Azərbaycanın tarixinə Qələbə səhifəsi yazmış Prezidentə xalqın etibarı və ehtiramı sonsuzdur. Prezident cənab İlham Əliyevin gərgin əməyinin nəticəsi olaraq bu gün ərazi bütövlüyümüz, suverenliyimiz bər­pa olub.

 

Zərdab Rayon Həsən bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki