image-qanunla-reklam
image-1650616474-1624958473-baki_hava2

Şənbə gününə olan hava proqnozu

image-lady-day-az

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən “Qanunla.az”a verilən məlumata görə, havanın temperaturu gecə 9-12° isti, gündüz 16-20° isti, Bakıda gecə 10-12° isti, gündüz 18-20° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz, lakin gündüz bəzi dağlıq ərazilərdə az yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 9-14° isti, gündüz 23-28° isti, dağlarda gecə 0-5° isti, gündüz 11-16° isti olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki