image-qanunla-reklam
image-img_20211202_193111

Şəmkir Rayon Polis Şöbəsi barəsində həqiqətə uyğun olmayan yayılan məlumata – AÇIQLAMA

image-lady-day-az

Bəzi xəbər saytlarında Şəmkir sakininin “baxıcılıq ” etməsi və Rayon Polis Şöbəsinin buna göz yumması ilə bağlı həqiqətə uyğun olmayan  məlumat dərc olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupunun baş inspektoru, polis leytenantı Eşqin Qasımov Rezonans.az -a açıqlamasında bildirib ki, respublikanın digər şəhər və rayonlarında olduğu kimi Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları da dələduzluğa məruz qalmaması üçün müvafiq tədbirlər həyata keçirir.

Qeyd etmək istəyirəm ki bu günə qədər RPŞ-yə hər hansı baxıcının dələduzluq etməsi barədə məlumat daxil olmayıb. Əgər belə fakt varsa DİN-in 102 zəng etməsi və ya Şəmkir RPŞ-yə məlumat verə bilərlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki