Şəkidə ikimərtəbəli fərdi yaşayış evi yanıb.
Qanunla.Az-ın məlumatına görə, Şəki şəhəri Ə. Haqverdiyev küçəsində Vidadi Həmidova məxsus, ümumi sahəsi 288 kv/m olan ikimərtəbəli fərdi yaşayış evində yanğın baş verib.
Yanğının söndürülmədi üçün əraziyə yanğınsöndürənlər cəlb olunub. Yanğın nəticəsində evə bitişik yardımçı tikili və yaxınlıqdakı evlər yanğından mühafizə olunub.
Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.