Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə qrant müsabiqəsinin qaliblərindən biri olan Optimist Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin həyata keçirəcəyi “Şəhid ailələri və müharibə iştirakçıları arasında sahibkarlıq mövzusunda təlimlərin keçirilməsi” layihəsi çərçivəsində 20 nəfər şəhid ailəsi üzvünə və müharibə iştirakçısına sahibkarlıq mövzusunda təlim veriləcək.
Bu barədə saytımıza məlumat verən Optimist Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin sədri və layihə rəhbəri Habil Niftali məlumat verərək bildirdi ki, layihənin əsas məqsədi onların iqtisadi fəaliyyətə cəlb olunmasına, öz bizneslərini qurmalarına və cəmiyyətə daha fəal inteqrasiya olunmalarına dəstək olmaqdan ibarətdir. Təlim zamanı iştirakçılara biznesin planlaşdırılması, idarəedilməsi, maliyyə savadlılığı, marketinq strategiyaları və hüquqi aspektlər kimi əsas mövzular barədə biliklər veriləcək. Həmçinin təlim iştirakçılarına öz biznes ideyalarını necə inkişaf etdirmək, bazar araşdırması aparmaq, maliyyə planı hazırlamaq və potensial riskləri qiymətləndirmək barədə biliklər veriləcək.
Təlim Bakı şəhəri Sabunçu rayonunda keçriləcəkdir.