image-qanunla-reklam
image-esas

Səfərov qardaşlarının nəşi bu gün Bakıya gətiriləcək

image-lady-day-az

“Azərbaycanın Yekaterinburqdakı Baş Konsulluğundan verilən son məlumata görə, bu gün Bakı vaxtı ilə 17:30-da qardaşlarım Hüseyn və Ziyəddin Səfərovların nəşini gətirəcək təyyarə yola düşəcək və 20:25-də Bakıya çatacaq. Bir dəyişiklik olmasa, bu vaxta gözlənilir”.

Qanunla.Az APA-ya istinadən xəbər verir ki, bu sözləri Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidməti tərəfindən keçirilən əməliyyat zamanı qətlə yetirilən şəxslərin qardaşı, “525-ci qəzet”in baş redaktor müavini Seyfəddin Hüseynli deyib.

Heydər Əliyev adına Beynəlxalq Hava Limanının mətbuat xidmətindən bildirilib ki, cənazələr “Utair” Hava Yolları ilə Azərbaycana gətiriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki