image-qanunla-reklam
image-353629430_819283349551445_4121783902058984284_n

Seçkilərdən sonra Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri qarşısında yeni imkanlar, yeni üfüqlər açılır

image-lady-day-az

Seçkilərdən sonra Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri qarşısında yeni imkanlar, yeni üfüqlər açılır

Türkiyə Respublikasının prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğanın seçkilərdəki tarixi qələbəsindən sonra ənənəvi olaraq, ölkəmizə dövlət səfərinə gəlməsi iki ölkə arasında möcud münasibətlərin uğurla inkişaf etdiyini və bu dostluğun əbədi, sarsılmaz olduğunun dünyaya növbəti dəfə nümayişi oldu. Seçkilərdən sonra Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri qarşısında yeni imkanlar, yeni üfüqlər açılmışdır. Əldə edilmiş bütün uğurların təməlində Türkiyə və Azərbaycan arasında olan qardaşlıq əlaqələri dayanır. Cənab R.T.Ərdoğann tarixi səfəri ölkələrimiz arasında mövcud olan qardaşlığın və strateji tərəfdaşlığın Türkiyə yüz ilində də sürətlə inkişaf edəcəyinin, Azərbaycan və Türkiyənin birgə gələcəyə addımlayacağının  mesajını verdi. Azərbaycan və Türkiyə prezidentləri istər təkbətək, istərsə də geniş tərkibdə görüşlərində bugünümüzün əsas çağırışları ətrafında geniş fikir mübadiləsi apararaq gələcək hədəfləri açıqladılar. Hörmətli Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsi münasibətlərimizin bundan sonra daha da inkişafında öz sözünü deyəcək. “Türkiyə-Azərbaycan birliyi, qardaşlığı – bu, beynəlxalq amildir, sabitlik, inkişaf və təhlükəsizlik amilidir. Prezident seçkilərində türk xalqının Sizə göstərdiyi inam bir daha Sizin uzun illər ərzində Türkiyə xalqına göstərdiyiniz xidmətlərə verilən yüksək qiymətdir” söyləyən dövlət başçısı cənab İlham Əliyev onu da əlavə etdi ki, Türkiyə və Azərbaycan xarici siyasət sahəsində bundan sonra da vahid mövqedən çıxış edəcəklər.

Xarici siyasətlə əlaqədar aparılan birgə fəaliyyət bölgə üçün də çox böyük önəm daşıyır. Bölgənin inkişafı, sabitliyi və güvənliyi nöqteyi-nəzərindən Türkiyə-Azərbaycan birliyi faktoru çox önəmlidir. Bu səfər onu göstərir ki, Azərbaycan və Türkiyə qardaşlığı əbədidir və iki ölkə bütün strateji məsələlərdə bir-birinin dövlət maraqlarını müdafiə edir. Türkiyə hər zaman Azərbaycanın yanındadır. Necə ki, İkinci Qarabağ müharibəsində Türkiyə dövlət və millət olaraq, Azərbaycana siyasi-mənəvi dəstəyi sona qədər nümayiş etdirdi və Azərbaycanın tək olmadığını dünyaya bəyan etdi. Eyni qaydada, Azərbaycan da qardaş dövlətin ən çətin günlərində – istər meşə yanğınlarında, istər də “əsrin faciəsi” sayılan zəlzələdə Türkiyənin sona qədər yanında oldu, mümkün olan bütün formalarda dəstək nümayiş etdirdi. Hazırda  dağıdıcı zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində də Azrbaycan öz töhfəsini verməyə davam edir. Belə ki, Azərbaycan Karmanmaraş bölgəsində 1000 binanın tikintisini öz üzərinə götürüb.  Bu misilsiz addım qardaşlığımızın növbəti dəfə əyani sübutudur.

Əlihüseyn Rəsullu-Zərdab rayon Hüseynxanlı kənd sakini, fəal gənc

 

 

Şuşa Bəyannaməsi tarixi anlaşmadır

Türkiyə-Azərbaycan birliyi, qardaşlığı – regionda sabitlik, inkişaf və təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir. Həmçinin, onu da qeyd edib ki, Türkiyə Prezidentinin Şimali Kiprdən sonra ilk dövlət səfərinə Azərbaycandan başlaması həm də Azərbaycan və Türkiyəyə qərəzli mövqedə dayanan dövlətlər üçün də bir mesajdır. Bu fikirlərin davamı olaraq Türkiyə Prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğan bildirdi ki, Türkiyə-Azərbaycan qardaşlığı bütün dünyada qibtə ilə izlənilir. Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəldilən əlaqələrimizi bütün sahələrdə inkişaf etdirməkdə qərarlıyıq. Şuşadakı baş konsulluğu istənilən vaxt açmağa hazırıq. Şuşadakı baş konsulluğun açılması başda Ermənistan olmaqla bütün dünyaya ayrı bir mesaj olacaq.

44 günlük İkinci Qarabağ müharibəsindən bugünədək dünya Azərbaycan-Türkiyə qardaşlığının daha da möhkəmləndiyinin şahidi olur. Prezident cənab İlham Əliyevin bütün çıxışlarının mahiyyətində  bu mühüm məqam xüsusi qeyd edilir ki, qardaş Türkiyə Vətən müharibəsi başlandığı andan sonadək ölkəmizə mənəvi və siyasi dəstəyini əsirgəmədi. Bu dəstək Azərbaycana güc verdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata birgə bəyanatlarında da Prezident cənab İlham Əliyev bu kimi məqamlara xüsusi diqqət yönəldərək bildirmişdir ki, əldə edilmiş bütün uğurların təməlində Türkiyə və Azərbaycan arasında olan qardaşlıq əlaqələri dayanır. Bu il Şuşa Bəyannaməsinin imzalanmasının ikinci ildönümü qeyd edilir. Şuşa Bəyannaməsi tarixi anlaşmadır. Şuşa Bəyannaməsinin iki qardaş dövlətin strateji müttəfiqliyi baxımından  tarixi əhəmiyyəti və dünyada baş verən çətin  və mürəkkəb prosesləri görəndə Şuşa Bəyannaməsinin önəmi zaman keçdikcə daha da mühüm əhəmiyyət kəsb edir. Şuşa Bəyannaməsi  ölkələrimiz arasında mövcud olan dostluq və qardaşlığı strateji mütəffiqlik səviyyəsinə qaldırmış və bu mütəffiqliyin bütün sahələr üzrə perspektivlərini ortaya qoymuşdur. Bu anlaşma nəticəsində Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldu.

Rauf Məlikov- Zərdab şəhər sakini,  Zərdab Peşə liseyinin direktoru

 

 

Əməkdaşlığımız bütün sahələrdə konkret proqramlar əsasında inkişaf edir.

Türkiyə Respublikasının prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfəri çərçivəsində Cənab Prezident İlham Əliyevin  mətbuata bəyanatında Türkiyə və Azərbaycan arasında əməkdaşlığın bütün sahələr üzrə  konkret proqramlar əsasında inkişaf etdiyini  bildirib. Bu onu deməyə əsas verir ki, Türkiyə və Azərbaycan bundan sonra da xarici siyasətdə vahid mövqedən çıxış edəcəklər. Aydındır ki, bölgənin inkişafı, sabitliyi və təhlükəsizliyi nöqteyi-nəzərindən Türkiyə-Azərbaycan birliyi amili olduqca önəmlidir. Bu gün dünyada güc amilinin nə qədər önəmli olduğu göz qabağındadır. Otuz il ərzində hər birimiz beynəlxalq hüququn işləmədiyinin, güc amilinin ön plana çıxıdığının şahidi olduq. İki qardaş dövlətin müttəfiqliyi, regionda güc mərkəzinə çevrilməsi beynəlxalq hüququn, ədalətin, sabitlik və tərəqqinin regionda daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Buna görə də Türkiyə və Azərbaycanın birliyi dünyada qibtə ilə izlənir. Belə ki, iki dost, qardaş ölkə münasibətlərin yeni prioritetlər üzrə inkişaf etdirilməsində qərarlıdırlar. Tərəflər bu gün və gələcəkdə atılacaq addımlardan məmnundurlar. Əsas olan budur ki, Azərbaycan və Türkiyə daim bir-birinin yanındadır, hər bir yeniləyə birgə imza atmağa səy göstərirlər. Hansı sahəyə baxsaq bu birliyin, həmrəyliyin özünü qabarıq şəkildə büruzə verdiyini görərik.

Qardaş ölkənin Prezidenti çıxışında bir çox mühüm məqamlara toxunub.Xüsusilə Şuşada Türkiyə baş konsulluğunun açılması məsələsini diqqətə çatdırıb. Şübhəsiz ki,  Şuşadakı baş konsulluğunun açılması başda Ermənistan olmaqla bütün dünyaya ayrı bir mesaj olacaqdır. Buradan aydın görünür ki, Şuşa Bəyannaməsinin müddəaları bundan sonra da uğurla yerinə yetiriləcəkdir. Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı bütün sahələrdə özünü nümayiş etdirir. Hazırda əsas hədəflər sırasında Türkiyə-Azərbaycan birgə universitetinin yaradılması məsələsi xüsusi yer tutur. Dövlət başçısı İlham Əliyev ümidvar olduğunu bildirdi ki, yaxın gələcəkdə,  aylarda bu məsələ də öz həllini tapacaq. Qardaşlıq münasibətlərimizə daha bir töhfə veriləcək.

Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc

 

 

Zəngəzur dəhlizinin açılması qaçılmazdır

44 günlük Vətən müharibədə Zəfər qazanaraq öz ərazi bütövlüyünün və tarixi ədalətin bərpasına nail olan Azərbaycan regionda yeni geostrateji reallıqlar yaradıb. Bu gerçəkliklər bölgədə inteqrasiya və çoxtərəfli əməkdaşlıq mühitinin formalaşmasına xidmət edir. Xüsusilə də, Azərbaycanın geosiyasi iradəsi nəticəsində kommunikasiya xətlərinin bərpası, yeni nəqliyyat dəhlizinin yaradılması mühüm siyasi və iqtisadi dividendlər, perspektivlər vəd edir. Şübhəsiz ki, postkonflikt mərhələsində Zəngəzur dəhlizinin yaradılması Avrasiyada yeni işbirliyi platformasının əsasının qoyulmasıdır. Asiyadan Avropaya doğru uzanan geniş coğrafiyada bir çox dövlət bu geostrateji proyektin reallaşmasında maraqlıdır. Cənab Prezident dəfələrlə ölkəmizin Zəngəzur dəhlizinin açılmasına nail olacağını qətiyyətlə vurğulayıb. Ermənistan isə kommunikasiyaların bərpası, yeni dəhlizin yaradılması ilə əlaqədar qeyri-müəyyən şərait yaratmağa, vaxtı uzatmağa, müxtəlif bəhanələr irəli sürməklə süni gündəm formalaşdırmağa çalışırdı. Buna baxmayaraq, hərbi Zəfəri diplomatik müstəvidə möhkəmləndirərək tarixi prosesə çevirən dövlətimiz strateji təşəbbüsləri və fəaliyyəti ilə sülh gündəliyini, regional geostrateji gündəmi müəyyənləşdirdi – İrəvanı konstruktiv mövqeyə məcbur etdi. Prezident cənab İlham Əliyevin keçirdiyi görüşlər zamanı Zəngəzur dəhlizinin açılması istiqamətində işlərin davam etdirilməsi zərurəti vurğulayır.

Azərbaycan bu istiqamətdə strateji fəaliyyətini davam etdirir, müvafiq işlər görülür. Ölkəmiz bu günə qədər Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin icrasında çox fəal rol oynayıb, ölkəmizin təşəbbüsü ilə əhəmiyyətli addımlar atılıb. İndiki mərhələdə Azərbaycan Avrasiyada geniş bir coğrafiyanı əhatə edən, Asiya ilə Avropanı birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq “Zəngəzur nəqliyyat dəhlizi” üzərində çalışır. Bu layihənin gerçəkləşdirilməsi ilə regionda əməkdaşlığa xidmət edən inteqrasiya prosesi güclənəcək. Bu dəhliz, eyni zamanda, ölkəmizin Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi geostrateji mövqeyini möhkəmləndirəcək, tranzit imkanlarını genişləndirəcək, Azərbaycan mühüm siyasi-iqtisadi dividendlər qazanacaq. Bütövlükdə, respublikamızın fəal iştirakı və liderliyi fonunda cərəyan edən proseslər Avrasiyada yeni geosiyasi konfiqurasiyanın formalaşmasına ciddi təsir göstərəcək. İndi ölkəmizin təşəbbüsü ilə yeni yaranan təhlükəsizlik mühiti regional və qlobal güc mərkəzlərinin ortaq maraqlar əsasında səmərəli əməkdaşlığı üçün geniş imkanlar açır. Zəngəzur dəhlizinin istifadəyə verilməsi, eyni zamanda, Azərbaycanı regionun nəqliyyat qovşaqlarının mərkəzinə çevirəcəkdir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına həm də maliyyə dəstəyi nümayiş etdirir. Bu, Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Dəhliz Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə əlaqələri də gücləndirəcək, ölkəmizin geoiqtisadi əhəmiyyətini daha da artıracaq. Ən əsası, Türk dünyası uzun illərdən sonra Zəngəzur dəhlizi vasitəsilə birləşəcək.

Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri

 

 

İndiki geosiyasi şəraitdə Orta Dəhlizin önəmi daha da artır

Türkiyə Respublikasının prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfəri çərçivəsində Cənab Prezident İlham Əliyevin  mətbuata bəyanatında regiondakı enerji və nəqliyyatlarının önəmi, postmünaqişə dövründə Cənubi Qafqaz ölkələri arasında əlaqələrin inkişafı, kommunikasiyaların açılması imkanlarının nəzərdən keçirilməsi, bölgənin tərəqqisinin, təhlükəsizliyinin və rifahının təməli kimi Azərbaycanın formalaşdırdığı sülh şəraiti baxımından əlverişli imkan yaradır. Cənab Prezident bir daha Azərbaycan xalqının  sülh və əmin-amanlıq şəraitində yaşamaq istədiyini və ölkəmizin sülh tərəfdarı olduğunu bəyan edib. Son vaxtlar qlobal miqyasda müşahidə edilən geosiyasi gərginliklər bütün dünyada  yeni çağırışlar yaradır. Bu çağırışlar böyük coğrafiyanı əhatə edən Avrasiya regionunda nəqliyyat-logistika sahəsi üçün isə xüsusi aktuallıq daşıyır ki, bu da təsadüfi deyildir. Belə ki, iqtisadi səmərəlilik, sərf olunan vaxt, qiymətlər kimi məsələlər hazırda daşıma şirkətlərinin və yük sahiblərinin, necə deyərlər, əsas qayğılarına çevrilib. İndiki gərginliklər fonunda Avrasiya məkanından keçən bir sıra marşrutlar üçün ciddi təhdidlər yaranıb. Belə bir şəraitdə Orta Dəhlizin cəlbediciliyi artıb və bu marşrut üçün yeni fürsətlər yaranıb. Sözügedən dəhliz Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi kimi də tanınır. Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan,  Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonrakı illərdə layihə genişlənib və iştirakçıların  sayı Ukrayna, Rumıniya və Polşa kimi dövlətlərin hesabına genişlənib. Çin-Qazaxıstan sərhədindən başlayan Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, bundan sonra isə Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək Avropaya qədər uzanır. Bu, Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat  marşrutdur.

Burada ən əsas amillərdən biri isə müasir infrastrukturla bağlıdır. Respublikamızın ərazisindən bir-birinə inteqrasiya edilmiş Şərq-Qərb və Şimal-Cənub kimi iki mühüm dəhliz keçir. Son illərdə həm bütün respublika üzrə, həm də bəhs olunan dəhlizlər boyunca avtomobil yollarının yenidən qurulması istiqamətində çoxsaylı layihələr reallaşdırılıb. Hər iki dəhliz üzrə yollar ən müasir standartlar səviyyəsinə çatdırılıb. Hazırda respublikamızdan Rusiya, Gürcüstan, İran sərhədinə kimi magistral yollar uzanır. Eyni zamanda, bu yollar üzərində yüksəksəviyyəli logistika xidmətləri təşkil olunub. Bütün bu kimi amillərin nəticəsidir ki, son vaxtlarda Azərbaycan üzərindən daşımaların həcmi əhəmiyyətli dərəcədə artıb. Respublikamızın ərazisindən Şərq-Qərb və Şimal-Cənub kimi beynəlxalq səviyyəli marşrutların keçməsi Orta Dəhlizdə Azərbaycanın önəmini artıran amillərdən biridir.

Nağıyev Abbas – Dəli Quşçu kənd Ağsaqqallar şurasının sədri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki