image-qanunla-reklam
image-1627018494_2017580

Saxta Covid-19 peyvənd sertifikatı verənlər həbs ediləcək

image-lady-day-az

Meksikada saxta Covid-19 peyvənd sertifikatı verən və ya tələb edənlərin 3 ildən 6 ilə qədər həbs cəzası alacağı bildirilib. 

Qanunla.Az xarici  KİV-ə istinadən  xəbər verir ki,  bu barədə Meksika Müdafiə  nazirliyi  mıəlumat yayıb. Belə  ki,  paytaxt Mexiko başda olmaqla, bir çox şəhərlərə xalqa saxta peyvənd sertifikatlarının təqdim edildiyi barədə xəbərdarlıq edilib.

Nazirlikdən edilən açıqlamada saxta Covid-19 peyvənd sertifikatı verən və ya tələb edənlərin, saxta rəsmi sənədlər verdiklərinə görə 3 ildən 6 ilə qədər həbs cəzası alacaqları və minimum əmək haqqı 100 ilə 1000 arasında cərimə ediləcəyi bildirilib.

Peyvəndlərin pulsuz olduğunu vurğulayan nazirlik, insanların Səhiyyə nazirliyinin veb saytındakı məlumat bazası vasitəsi ilə peyvəndlənməni təsdiqləyə biləcəyini də  qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki