image-qanunla-reklam
image-6d3abd5e-4f36-4106-b893-872ed05d8bc3

Salyanda COVID-19 bağlı reydlər keçirilib-FOTO

image-lady-day-az

 

Salyanda ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən sərnişin və sürücülərin aşkar edilməsi məqsədilə yol polisi əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Qanunla.az-a verilən məlumata görə,Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən keçirilən belə tədbirlər zamanı ictimai nəqliyyatdan istifadə edən sərnişinlərlə izahedici söhbətlər aparılıb, onlara tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, yəni tibbi maskalardan istifadə etməyin zəruriliyi barədə məlumatlar verilib.Sürücülərlə də profilaktiki söhbətlər aparan yol patrul xidmətinin inspektorları onlara qaydalara ciddi riayət etmələrini tapşırıblar.Həmçinin, profilaktik tədbirlər zamanı taksilərdə şəffaf arakəsmələr quraşdırmayan sürücülər, eləcə də avtomobilin ön oturacağında əyləşən və tibbi maskadan istifadə etməyən sərnişinlər də müəyyən edilib.

Bundan əlavə şöbə əməkdaşları tərəfindən rayon ərazisində yerləşən iri ticarət mərkəzlərində və digər qapalı məkanlarda da nəzarət-profilaktiki tədbirlər keçirilib, tibbi maskadan istifadənin zəruriliyi barədə geniş məlumatlar verilib. Qaydaları pozan vətəndaşlar  barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

image-d9f301b6-64d4-44b9-a0c8-8137c5e7ddf4

image-61a4e517-4c0c-4fb0-ae19-70b0e0ae548d image-ce8ee5de-0e3f-4016-9b69-53b121d59851

Səmil Şahlaroğlu


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki