image-qanunla-reklam
image-polis-avtos

Salyanda avtoxuliqanlıq edən şəxs saxlanıldı

image-lady-day-az

Salyan Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin (DYPB) əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edən sürücünü saxlayıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Qanunla.az-a verilən məlumata görə, rayon sakini Vidadi Doj idarə etdiyi VAZ markalı avtomobil ilə gecə saatlarında yollarda intizamsızlıq edərək avtoxuliqanlıq hərəkətləri edib və bununla da ictimai-asayişi nümayişkəranə şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olub.

 

Həmin şəxs RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən saxlanılıb və barəsində İnzibati Xətalar məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunacaq baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilib.

 

Məhkəmənin qərarı ilə V.Doj sürücülük hüqundan 1 il müddətinə məhrum olmaqla 500 manat məbləğində cərimə olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki