image-qanunla-reklam
image-8ff9e188-0bb8-3441-a3b7-edaf70a103b2_850

Sabah Bakının Heydər Əliyev prospektində təmizlik işləri görüləcək

image-lady-day-az

Sabah səhər saatlarından Bakının Heydər Əliyev prospektinin Mircəfər Bağırov körpüsünün altından keçən yan yollarında tunel divarları yuyulacaq.

Bu barədə  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

“Sürücülərdən qeyd edilən ərazidə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur. Yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyirik”, – deyə qurum bəyan edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki