image-qanunla-reklam
image-2a72098cfb0c562e89b8121afb2426f8

Saatlı rayonunda “Uşaqlar bizim gələcəyimizdir” mövzusunda Uşaq Yaradıcılıq Festivalı keçirildi

image-lady-day-az

24 iyun 2023-cü il tarixdə Saatlı Gənclər Evi sosial xidmət müəssisəsində Saatlı Rayon İcra Hakimiyyətinin, Mil-Muğan Regional Təhsil İdarəsi Təhsil sektorunun, Sabirabad Regional Mədəniyyət İdarəsinin Saatlı nümayəndəliyinin, Gənclər Evi sosial xidmət müəssisəsinin birgə  təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində “Uşaqlar bizim gələcəyimizdir” mövzusunda  Uşaq Yaradıcılıq Festivalı keçirilmişdir.

Qanunla.Az xəbər verir ki, festivalda Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, Yeni Azərbaycan Partiyası Saatlı Rayon Təşkilatının sədri Lütvəli Şıxəliyev və rayonun idarə, müəssisə təşkilat rəhbərləri, eyni zamanda rayonun fəal gəncləri iştirak etdilər.

Festivalda istedadlı uşaqların müxtəlif sənət sahələrini əhatə edən əl işlərindən ibarət sərgiləri təşkil olundu.

Festival uşaqların bir-birindən maraqlı rəqs və musiqi nömrələri ilə davam etdirildi. Sonda festivalın təşkilində fəallıq göstərən şəxslər, xüsusi istedadı ilə fərqlənən uşaqlar və onların nümayəndələri rayon icra hakimiyyəti başçısı tərəfindən Fəxri Fərmanla təltif olundular.

image-85e1f77e9bd4a73a0aea0c8f61056177

image-ee99c42b39b5531d621ef05322380448

image-8cb20dbc4478350b6adea92cc6baf056

image-658bd587f836f8dc070faa16e47ae795

image-2a72098cfb0c562e89b8121afb2426f8

image-397a1da9b4c8cf1f018eba8cd4c7b174

image-55003dc86a982adc3469be0ab6dc074d

image-eebddf00b785d2d7b703cbac4ea139bb

image-2ebdea105e72848c0d6cb140d006c27b


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki