image-qanunla-reklam
image-67ee34eb72df322375d5474b23bd42b5

Saatlı rayonunda “Ulu öndər Heydər Əliyev irsi milli sərvətimizdir” mövzusunda konfrans keçirilmişdir

image-lady-day-az

Saatlı Gənclər evi-sosial xidmət müəssisəsində 30 may 2023-cü il tarixdə saat 15:00-da “Ulu öndər Heydər Əliyev irsi milli sərvətimizdir” mövzusunda konfrans keçirilmişdir.

Qanunla.Az xəbər verir ki, konfransda rayon ictimaiyyətinin nümayəndələri, ağsaqqallar, ziyalılar, gənclər iştirak etmişdir. Konfransda çıxış edən Saatlı Rayon İcra Hakimiyyəti başçısı Elmir Bağırov Ümummilli lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında geniş məlumat verdi. O, qeyd etdi ki, Azərbaycanın bugünkü uğurları Ulu Öndərin siyasi iradəsi və uzaqgörənliyi ilə həyata keçirilən milli inkişaf strategiyasının nəticəsidir. Bu inkişaf strategiyası çətin sınaqlar qarşısında azərbaycan xalqının milli-mənəvi dəyərlərini qoruyan ən ali meyardır. Elmir Bağırov həmçinin bildirdi ki, doğma azərbaycanımızın sosial-iqtisadi inkişafı, xalqımızın rifah halının yüksəldilməsinə yönəlik iqtisadi islahatlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Daha sonra Yeni Azərbaycan Partiyası Saatlı rayon Təşkilatının sədri Lütvəli Şıxəliyev, Rayon Ağsaqqallar Şurasının sədri Sədafər Hüseynov və Varxan kənd tam orta məktəbinin direktoru Lətif Şimşəkov çıxış edərək Ulu öndərin həyat və fəaliyyəti haqqında geniş məlumat veriblər.

image-453aa4e98b4235ee0e7bcad1b9dc280f

image-b8cba7e316904b9b8fa1b34b66253fef

image-2d2979bc053335fb728bfa7070eca537

image-0b1afda43824a0f41cefc25973094a47

image-b45b6a264890492c6dd923ad66d65ec6

image-180e413252c8e8d351fe493fd989af33

image-7117386428df3083cd8e59b6d3f8d568


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki