image-qanunla-reklam
image-f9f3e77b2c82cec832315bba22b7ae76

Saatlı rayonunda “Heydər Əliyev və Azərbaycan milli intibah dövrü” və “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdı, dönməzdir” mövzusunda konfrans keçirildi

image-lady-day-az

29 aprel 2023-cü il tarixdə Saatlı rayonunda “Heydər Əliyev və Azərbaycan milli intibah dövrü” və “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdı, dönməzdir” mövzusunda konfrans keçirilmişdir.

Konfrans iştirakçıları tərəfindən ilk öncə Ulu Öndərin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib. Daha sonra Rayon Gənclər Mərkəzinin akt zalında davam edən tədbirdə Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Ulu Öndərin əbədiyaşar xatirəsinə həsr olunmuş konfransda Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov çıxış edərək qonaqları salamlayıb, Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edildiyini və bununla əlaqədar Saatlı rayonunda silsilə tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov Ulu Öndərin mənalı həyatı və misilsiz xidmətlərindən danışaraq qeyd edib ki, istər sovet dövründə respublikaya rəhbərlik etdiyi, istərsə də müstəqillik illərində ömrünü öz xalqına həsr edən Heydər Əliyev Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq. Məhz onun müdrik siyasəti nəticəsində Azərbaycan qısa zamanda regionun lider dövlətinə çevrilib, Ulu Öndərin torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində düşünülmüş addımları öz bəhrəsini verib.

Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri, tibb elmləri doktoru, professor Tofiq Cahangirov, Yeni Azərbaycan Partiyası Saatlı Rayon Təşkilatının sədri Lütvəli Şıxəliyev, Rayon Ağsaqqallar Şurasının sədri Sədafər Hüseynov, Qıraqlı kənd ümumi orta məktəbinin direktoru Zülfiyyə Əzimova çıxış edərək Ulu Öndərin Azərbaycan elminin, mədəniyyətinin inkişafına, tarixi-mədəni və milli-mənəvi dəyərlərimizin qorunmasına, ordu quruculuğu sahəsinə verdiyi töhfələrdən bəhs ediblər.

image-a9669162d6d7406334dca05acfb512cb

image-087d808014b42de3e129a32389a92042

image-c0df41fc0c1f68232e835ac6c2184328

image-37a2432664a456373d222a5a16a4fb46

image-a953b668491d4de293e1dea63616842f

image-1dc415f849a9327d47aa5f3b637b1371

image-03124e9dfb7639abd6c507f4c71da75a

image-0a76379008c09762e885c605bf1e118c


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki