image-qanunla-reklam
image-d49f484f0b986cb93016f238cd636891

Saatlı rayonunda “Heydər Əliyev və Azərbaycan Gəncliyi” adlı tədbir keçirildi-FOTO

image-lady-day-az

01 fevral 2023-cü il tarixdə Saatlı rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan Gəncliyi” adlı tədbir keçirildi.

Qanunla.Az xəbər verir ki, tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Elmir Bağırov “2 fevral – Azərbaycan Gəncləri Günü”  münasibətilə rayon gənclərini təbrik edərək, ümummilli lider Heydər Əliyev tərəfindən gənclər siyasəti sahəsində aparılan uğurlu islahatlardan, 1994-cü il 26 iyul Fərmanı ilə Gənclər İdman Nazirliyinin yaradılmasından, 1996-cı ildən etibarən Gənclər Forumlarının keçirilməsindən, 1997-ci ildən etibarən  2 fevral günün Gənclər Günü elan edilməsi və gənclərlə bağlı qəbul edilən digər qanun və dövlət proqramları haqqında məlumatlar verdi. Eyni zamanda o, bu gün Prezident İlham Əliyev tərəfindən gənclər siyasətinin uğurla davam etdirilməsindən, 44 günlük Vətən müharibəsində gənclərin rolundan, qəhramanlıq şücaətlərindən, dövlətin gənclərimizə göstərdiyi böyük diqqət və qayğılardan, onlar üçün yaradılan imkanlardan bəhs etdi.

Daha sonra tədbirdə çıxış edən Saatlı Rayon İcra Hakimiyyətinin əməkdaşı Mehriban Ağayeva, rayonun Qaralar kənd sakini, qazi Elvin Abbasov, Rayon Gənclər İdman İdarəsinin rəisi Elçin Qiyasov, Rayonun Novruzlu kənd tam orta məktəbinin müəllimi İntiqam Mərdanlı və Məmmədabad kənd tam orta məktəbinin müəllimi Rüfanə Mirzəyeva da dövlət tərəfindən gənclər üçün yaradılan geniş imkanlardan, Vətən müharibəsində  gənclərin Ali Baş Komandanın ətrafında sıx birləşməsindən, Azərbaycan gənclərinin təkcə respublika çərçivəsində deyil, dünya arenasında da öz bilik və bacarıqları ilə fərqlənməsindən, Azərbaycan həqiqətlərinin dünyaya çadırılmasında əsas istiqamətverici qüvvələr olduğundan danışdılar.

Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında və xidməti fəaliyyətlərində fəallıq göstərən gənclər rayon icra hakimiyyəti başçısı tərəfindən Fəxri Fərmanlarla təltif olundular.

image-baf2b7a8f8348fba3aa9cfcf18b53117

image-f13272fc496bc5aebfa4d64078be98f8

image-a632c82fe621eabdc8fa521c348dc2af

image-df4b8d4e7512b72a1ba24f505506fd10

image-d7ff80a37a9b183d793394b68eda0788

image-813d370bc228b6ad35a74518930829e8

image-e381213c92f8921dfb8354d0262b4b36

image-d49f484f0b986cb93016f238cd636891


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki