image-qanunla-reklam
image-03d917460380a0a20acfc48ede14964a

Saatlı rayonunda “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa təşkil olundu

image-lady-day-az

18 yanvar 2023-cü il tarixdə Saatlı rayon Heydər Əliyev Mərkəzində Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda rayon ziyalılarının, ağsaqqal və gənclərin iştirakı ilə dəyirmi masa təşkil olundu.

Tədbir müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra açıq elan olundu.

Qanunla.Az xəbər verir ki,tədbiri giriş sözü ilə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov açaraq  bu faciənin xalqımızın azadlıq ideyalarını boğmaq, müstəqillik meyillərini qırmaq  məqsədi daşıdığını, ancaq keçmiş Sovet hökümətinin xalqımızın tarixini unutduğunu, tarix boyu yadelli işğallarına qarşı mübarizə aparan xalqımız kiminsə vassallığını, boyunduruğunu qəbul etmədiyini, 20 Yanvar Faciəsinin də  xalqımızın müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədiyini hətta bundan sonra  xalqımızın mübarizə əzmini daha da alovlandığını qeyd etdi. Həmçinin xalqla yanaşı, Ulu Öndər Heydər Əliyevin mərdliyi və siyasi iradəsindən danışan Rayon İcra Hakimiyyətinin başçısı Azərbaycan xalqının başına gətirilən qanlı faciəyə məhz Ulu Öndər sayəsində ilk siyasi-hüquqi qiyməti verildiyini, 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldiyini, qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdiyini, ifşaedici və cəsarətli bir bəyanat verdiyindi də öz çıxışında bildirdi.

Daha sonra dəyirmi masa ətrafında çıxışları davam etdirən Yeni Azərbaycan Partiyası Saatlı Rayon Təşkilatının sədri Lütvəli Şıxəliyev, Saatlı rayon Ağsaqqallar Şurasının sədri Sədafər Hüseynov, Azərbaycanda yaşayan Axıska Türkləri Vətən İctimai Birliyinin bölgə rəhbəri Mühiddin Xəlilov, Saatlı Rayon Təhsil Sektorunun müdiri Günay Sultanova, Varxan kənd tam orta məktəbinin direktoru Lətif Şimşəkov 20 Yanvar faciəsinin tarximizə qanlı və şanlı bir səhifə kimi yazıldığını, bu tarixin yeni müstəqillik tariximizin başlangıc nöqtəsi olduğunu, xalqımızın iradəsi, dözümü, birliyi nəticəsində müstəqillik əldə etdiyimizi, Ulu Öndərin siyasi tariximizdə göstərdiyi xidmətlərindən, xalqımıza qarşı həyata keçirilən faciə və soyqrımlara siyasi və hüquq qiymət verilməsində atdığı böyük addımlardan, bu gün Ulu Öndər siyasətini uğurla davam etdirən cənab Prezident İlham Əliyevin dəmir yumruq siyasətindən və ölkəmizdə aparılan uğurlu daxili və xarici siyasətdən geniş şəkildə danışdılar

image-03d917460380a0a20acfc48ede14964a

image-ad774018606e7d7a7e91df50d355c482

image-a3c1607664c4ac6be78b4e468150811c

image-15211f7360fc7c9afd89e2283c3477a2

image-b87f90419d1a7995d347b9ee5e52cba5

image-268ff39caee3e604a0e48c45f7a5aa43


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki