image-qanunla-reklam
image-b02c552460f933a54ac86d7dfc7c82f2

Saatlı rayonunda 15 İyun-Milli Qurtuluş Gününə həsr olunmuş “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda dəyirmi masa keçirildi

image-lady-day-az

“Heydər Əliyev İli” çərçivəsində Saatlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 İyun-Milli Qurtuluş Gününə həsr olunmuş  “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda dəyirmi masa keçirilmişdir.

Tədbirdə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, eyni zamanda rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları iştirak etmişdir.

Əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, əziz xatirəsi ehtiramla anılıb. Daha sonra Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin mühüm dövrlərini əks etdirən foto-şəkillərdən ibarət sərgiyə baxış keçirilmişdir.

Tədbirdə çıxış edən rayon İcra Hakimiyyəti başçısı konfrans iştirakçılarına 15 İyun-Milli Qurtuluş Gününün böyük tarixi əhəmiyyətindən bəhs edərək, qurtuluşdan sonrakı dövrdə ölkə həyatının bütün sahələrində tərəqqi və dirçəliş baş verdiyini, Heydər Əliyevin dühasının Azərbaycanı məhv olmaqdan xilas etdiyini, müstəqilliyimizi daimi, əbədi, sarsılmaz, dönməz etdiyini qeyd etmişdir.

Daha sonra konfransda Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev, Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşı, şəhid anası Vüsalə Tağıyeva, Saatlı Rayon Ağsaqqallar Şurasının sədri Sədafər Hüseynov və Saatlı Rayon İcra Hakimiyyətinin əməkdaşı Mehriban Ağayeva çıxış etdilər.

image-a78705167c4487b24c34ef8611a6fa80

image-df3e7d7cde46bd0474a9d5a0d939602b

image-66d3463dc1b0cd7e4450f49b65318ff1

image-7cbc0e6a71959df1b023d1005e8af57a

image-b0723f7d0bbbebe7d7df8bcdd6f19256


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki