image-qanunla-reklam
image-rus_armm

Rusların uğurları deyil, itkiləri artır, təssüf ki… – Nazarenko

image-lady-day-az

Rusiya qoşunları Donetsk vilayətinin Pokrovsk şəhərində təzyiq göstərməyə davam edir. Düşmən zirehli və yüngül zirehli texnikadan istifadə edir.

Qanunla.az xəbər verir ki, bunu Ukraynanın “Azadlıq Gücü” 4-cü batalyonunun komandir müavini, mayor Vladimir Nazarenko deyib.

O qeyd edib ki, şəhərdə vəziyyət çox çətindir:

“Əslində, əksər hallarda onların uğurları deyil, itkiləri artır. Təəssüf ki, düşmən bu itkilərlə barışır — təkcə canlı qüvvədə deyil, həm də texnikada, sursatda və artilleriya silahlarında”.

O bildirib ki, düşmən kiçik qruplarla fəaliyyət göstərir: “Əsasən, düşmən qüvvələri aşkarlanır və məhv edilir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki