image-qanunla-reklam
image-6e066e61f95a2e4c281e4b4f4020be22

Ruslar Sumıda yaşayış binasını VURDU: Bir ailə məhv oldu

image-lady-day-az

Sentyabrın 30-na keçən gecə Rusiyaya məxsus pilotsuz uçuş aparatları Sumı vilayətinin Çernetçina kəndində yaşayış binasını vurub. Nəticədə evli cütlük və onların iki azyaşlı oğlu həlak olub.

Xeberaz.info  xəbər verir ki, bu barədə Sumı Regional Fövqəladə Hallar İdarəsinin rəisi Oleq Qriqorov məlumat verib.

Fövqəladə Hallar Dövlət Xidmətinin açıqlamasına görə, dağıntılar altından 4 nəfərin meyiti çıxarılıb.

Rus dronları Kiyev bölgəsinə də zərbələr endirib. Brovari rayonunda 1950-ci il təvəllüdlü qadın xəsarət alıb. Həmçinin yaşayış binasına, yardımçı tikililərə və avtomobilə ziyan dəyib. Lakin mühüm infrastruktur obyektləri zərər görməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki