Ruslar Mariupoldakı 4 saylı şəhər xəstəxanasının əməkdaşlarını və xəstələrini işğal altında olan Ukrayna ərazisinə məcburi şəkildə aparıb.
Qanunla.az xəbər verir ki, bu barədə Mariupol Şəhər Şurası məlumat yayıb.
Şəhər meri Vadim Boyçenko aparılan şəxslərin sonradan Ukraynaya qaytarılması üçün vahid məlumat bazası formalaşdırıldığını bildirib.


























