Xarkov vilayətinin işğaldan azad olunan Olxovka kəndi işğalçılar tərəfindən tamamilə dağıdılıb.
Qanunla.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.
“Aprelin 10-da yaxın günlərə kimi Rusiya silahlılarının işğalı altında olan Olxovka kəndinə keçirilən baxış zamanı məlum oldu ki, evlər, təsərrüfat sahələri, mülki nəqliyyat, yerli məktəb və mağaza tamamilə dağıdılıb”, – məlumatda qeyd olunub.
Prokurorluqdan bildirilib ki, ərazidə rusların məhv edilmiş zirehli texnikası, istifadə olunmuş silahları və hərbçilərinin cəsədləri aşkar edilib.


























