Aprelin 8-də saat 11:00-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin inzibati binasında növbəti “Açıq qapı” aksiyası başlayacaq.
Qanunla.az xəbər verir ki, Feysbuk sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq aksiyada sualları baş direktor Ruslan Əliyev cavablandıracaq.
Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir.



















