“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bir qrup media nümayəndələrini mükafatlandırıb.
Qanunla.Az xəbər verir ki, bu barədə baş direktor Facebook səhifəsində paylaşıb:
Dəyərli dostlar!
2021-ci il ərzində bizim media ilə birgə fəaliyyətimiz uğurlu nəticələrə gətirib çıxarıb. Mətbu orqanların bizimlə hansı formada çalışmasının önəmi yoxdur. Vacib olan budur ki, “Azəriqaz” İB-nin fəaliyyəti daim diqqət mərkəzində olub. Bu diqqət çərçivəsində bizi tənqid edənlər də olub, fəaliyyətimizi təqdir edənlər də… Şəffaflığın təmin olunması baxımından qapılarımızın media orqanlarına açıq olması dezinformasiyaların müəyyən mənada dövriyyədən çıxmasına da səbəb olub. Biz heç zaman tənqiddən çəkinməmişik, əksinə, tutulan iradlardan nəticə çıxarmağa çalışmışıq. Bu işdə bizə yardımçı olan mətbu orqanların hər birinə təşəkkür edir, növbəti illərdə də qarşılıqlı və səmərəli fəaliyyət arzu edirəm. Bu gün fəaliyyətimizi daim diqqətdə saxlayan bir neçə televiziya və saytların nümayəndələri ilə ilin sonuncu görüşünü reallaşdırdıq. Onları Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə təbrik etməkdən məmnunluq duyduq. Müstəqil Azərbaycanımızın azad fikirli mediası daim tərəqqidə olsun!




















