image-qanunla-reklam
image-1650263242-2730686

Rusiyanın Z simvolu oğurluq çıxdı

image-lady-day-az

Almaniyanın bir sıra federal əyalətlərinin polis və prokurorları Rusiyanın Ukraynaya müdaxiləsinə dəstəklə bağlı 140-dan çox iş üzrə araşdırmalara başlayıb. 

“Qanunla.az” xəbər verir ki, bu barədə Almaniyanın ZEIT nəşri məlumat yayıb.

Bu hallar fevralın 24-nə – Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin başlandığı tarixə aiddir, onların əksəriyyəti simvollardan – Rusiya ordusunun hərbi texnikalarını işarələdiyi Z işarəsindən istifadəyə aiddir. Bəzi federal ştatlarda, o cümlədən Aşağı Saksoniya, Bavariya və Berlində belə simvoldan ictimai istifadə cinayət sayılır.

Xatırladaq ki, ehtimallardan birinə görə, Z simvolu polislərdən oğurlanıb: Z-nin İkinci Dünya Müharibəsində iştirak edən və 1945-ci ilə qədər davam edən dördüncü SS motorlu polis bölməsinin simvolu olduğu bildirildi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki