Ukraynada keçirilən xüsusi əməliyyat zamanı əhəmiyyətli itkilərdən danışarkən, Rusiya Müdafiə Nazirliyinin yaydığı son məlumata əsaslanmışam.
Qanunla.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
“Əlbəttə, bu açıqlama bu rəqəmə əsaslanıb. Bizdə yalnız Müdafiə Nazirliyinin açıqladığı rəqəmlər var. Bu, əhəmiyyətli rəqəmdir”, – Peskov bildirib.
Qeyd edək ki, ötən gün Peskov Britaniyanın “Skay Nyus” kanalının efirində Ukraynada xüsusi əməliyyat zamanı rus hərbçilərinin əhəmiyyətli itkilərini böyük faciə adlandırıb.
Rusiya Müdafiə Nazirliyi 25 mart tarixində ikinci dəfə hərbi itkilərini açıqlamışdı. Bildirilmişdi ki, 1351 hərbçi həlak olub, 3825-i yaralanıb.


























