image-qanunla-reklam
image-1651225153-7990f2fd510d09ed7b4d2feef996b469-wide-big

Rusiyanın “Su-34” hərbi təyyarəsi Xarkovda vuruldu

image-lady-day-az

Ukrayna hərbçiləri Xarkov vilayətində Rusiyanın “Su-34” qırıcı-bombardmançı təyyarəsini vurub. 

“Qanunla.az” xəbər verir ki, bu barədə Xarkov vilayəti hərbi administrasiyasının rəhbəri Oleq Sinegubov “Facebook” səhifəsində məlumat verib.

Onun sözlərinə görə, İzyum istiqamətində aktiv döyüşlər davam edir: “Ukrayna ordusu öz mövqelərini saxlayır. Ötən gecə düşmən aktiv hücum əməliyyatları keçirməyib, əksinə, aktiv kəşfiyyat aparıb. Ukrayna Silahlı Qüvvələri Rusiyanın daha bir “Su-34″ qırıcı-bombardmançı təyyarəsini vurub”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki