image-qanunla-reklam
image-1646225838-maxresdefault

Rusiyanın daha 2 “Su-35” təyyarəsi məhv edildi

image-lady-day-az

Ukraynanın paytaxtı Kiyev şəhərində Ukraynanın hava hücumundan müdafiə sistemləri iki rus qırıcısını vurub. 

Qanunla.Az xəbər verir ki, “RBK Ukrayna”nın verdiyi məlumatda Ukraynanın da bir ədəd “MiQ-29” təyyarəsinin vurulduğu qeyd olunub.

Bildirilib ki, gecə saatlarında Kiyevdə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin taktiki aviasiya briqadasının 2 ədəd “MiQ-29” qırıcısı ilə Rusiyanın eyni sayda “Su-35S” təyyarəsi arasında şiddətli hava döyüşü baş verib:

“Hava döyüşü nəticəsində işğalçıların hər iki təyyarəsi məhv edilib!.. Təəssüf ki, bu döyüş zamanı Ukrayna Hərbi Hava Qüvvələri bir ədəd “MiQ-29″ təyyarəsini itirib. Pilotlarımız axtarılır”, – məlumatda deyilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki