Rusiyanın Bolqarıstanda NATO qoşunlarını yerləşdirməmək tələbi qəbuledilməzdir.
Qanunla.az xəbər verir ki, bu barədə Bolqarıstan Prezidenti Rumen Radev danışıb.
“Rusiyanın NATO qüvvələrinin Bolqarıstandan çıxarılması tələbi qəbuledilməz və mənasızdır. Ölkədə müttəfiqlərin daimi yerləşdirilmiş kontingenti və hərbi texnikası yoxdur. Belə daimi mövcudluq və ya müvəqqəti qərarla bağlı suveren qərar bizim müttəfiq öhdəliklərimizə uyğun olaraq Bolqarıstandan asılıdır. Biz heç kimdən ultimatum qəbul etmirik”, – Radev söyləyib.
Qeyd edək ki, Moskva NATO qoşunlarının Rumıniya və Bolqarıstanı tərk etməsini tələb edib.


























