image-qanunla-reklam
image-1680676467-1___6366_650x410

Rusiyalı Ombudsmanın BMT-də çıxışına icazə verilmədi

image-lady-day-az

Britaniya Rusiyanın Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belovanın BMT Təhlükəsizlik Şurasının qeyri-rəsmi iclasında çıxışına mane olub.

Qanunla.az xəbər verir ki, Bu barədə Britaniyanın BMT-dəki nümayəndəliyinin “Twitter” səhifəsində məlumat verilib.

Rusiya ukraynalı uşaqların qondarma “evakuasiyası” ilə bağlı BMT Təhlükəsizlik Şurasının qeyri-rəsmi iclasını çağırıb. Moskva iclasa Mariya Lvova-Belovanı dəvət edib. Lakin Britaniya Rusiya Ombudsmanı ilə görüşün yayımını əngəlləyib.

“Ona dezinformasiya yaymaq üçün BMT platforması verilməməlidir. Əgər Mariya Lvova-Belova öz əməllərinə görə cavab vermək istəsə, Haaqada bunu edə bilər”, – britaniyalı diplomatlar vurğulayıblar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki