Rusiyanın İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova Beynəlxalq Qızıl Xaç Komitəsini Ukraynada rusiyalı hərbi əsirlərin axtarışına kömək etməyə və onlara yardım göstərməyə çağırıb.
Qanunla.Az xəbər verir ki, bu barədə rusiyalı ombudsmanın saytında məlumat yerləşdirilib.
“Moskalkova Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Piter Maurerə və qurumun Ukraynadakı missiyasının rəhbəri Florens Jilletə Ukraynada əsir götürülmüş rus hərbçilərinin hüquqlarının müdafiəsi ilə bağlı müraciət edib”, – məlumatda qeyd olunub.
Bundan başqa Moskalkova ukraynalı həmkarı Lyudmila Denisovaya da müraciət edərək, onu rus əsirlərinə qarşı işgəncələrin qarşısını almaq üçün tədbirlər görməyə çağırıb.


























