image-qanunla-reklam
image-1665383552-square_768_webp_02226af31fa585459783288c78c1e7f5

Rusiyada turistlər itkin düşdü

image-lady-day-az

Kamçatkada Bolşiye Banni bulaqları ərazisində üç turist yoxa çıxıb.  

Qanunla.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin ərazi idarəsinin məlumatında deyilir.

Fövqəladə hallar xidmətinə xəbər oktyabrın 10-dan bazar ertəsinə keçən gecə səyahətçilərdən birinin qohumundan daxil olub. Bildirilib ki, yolsuzluq avtomobilləri ilə səyahətə çıxan bir qrup rusiyalı turist uzun müddət əlaqə saxlamayıb: “Kamçatkada kvadrosikllərdə ixtisaslaşmış yanğınsöndürmə və xilasetmə bölməsinin əməkdaşları üç vətəndaşı axtarmaq və mümkün yardım göstərmək üçün yola düşüblər”, – məlumatda deyilir.

Eyni zamanda qeyd edilir ki, itkin düşənlərin axtarışı ərazinin uzaqlığı və pis hava şəraiti səbəbindən çətinləşir. Rayon ərazisinə yağan intensiv yağıntılar səbəbindən işləri xilasedicilər təyyarələrlə həyata keçirirlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki