image-qanunla-reklam
image-rusiya-tecili-yardim

Rusiyada şagirdlər norovirus infeksiyasına yoluxdu

image-lady-day-az
Rusiyanın Başqırdıstan Respublikasında 60 məktəblinin kütləvi zəhərlənməsinə norovirus infeksiyası səbəb olub.

Qanunla.az xəbər verir ki, bu barədə “Rospotrebnadzor”un regional idarəsi məlumat yayıb.

“Epidemioloji araşdırmanın ilkin məlumatlarına görə, xəstəliyə səbəb norovirus infeksiyası olub. İnfeksiyanın ilkin mənbəyi iaşə bölməsinin işçiləridir. Epidemioloji araşdırma davam edir”, – məlumatda qeyd olunub.

Bildirilib ki, martın 24-dən etibarən məktəbin fəaliyyəti dayandırılıb.

Qeyd edək ki, Başqırdıstanın Kirkiz-Miyaki kəndində məktəbin yeməkxanasındakı nahardan sonra 60 şagird özünü pis hiss etməyə başlayıb. Onlardan 2-si bağırsaq zəhərlənməsi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı cinayət işi başladılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki