ABŞ-ın Rusiyada hakimiyyəti dəyişməyə yönəlmiş heç bir strategiyası yoxdur.
Qanunla.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken İsrail xarici işlər naziri Yair Lapidlə görüşü zamanı deyib.
“Bizim nə Rusiyada, nə də başqa yerdə rejim dəyişikliyi strategiyamız var”, – Blinken bildirib.
Qeyd edək ki, dünən ABŞ Prezidenti Co Bayden Varşavada Vladimir Putinlə bağlı çıxışında “Bu adam hakimiyyətdə qala bilməz” demişdi.


























