image-qanunla-reklam
image-putin-herbi

Rusiyada generallar da artıq Putinə qarşı çıxır

image-lady-day-az

Prezident Vladimir Putini Rusiya hökumətinin Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamasından narazı olanlar sıradan çıxara bilər.

Qanunla.az xəbər verir ki, bunu Ukrayna Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri, general Nikolay Malomuj deyib.

O qeyd edib ki, hakimiyyətdən narazı olanlar Putin rejimi açıq-aşkar zəiflədikdə ona qarşı fəal şəkildə çıxacaqlar:

“Hücumdan əvvəl və hətta hücumdan sonra belə bir ssenarinin əleyhdarları çox idi, hətta generallar, hərbçilər, FSB nümayəndələri, kəşfiyyat dedilər ki, bu dəli nə etdi? Mən Putini nəzərdə tuturam! Onlar o zaman başa düşdülər ki, Putin nəyə getdi! Bütün aqressiv hərəkətlər, müharibənin başlanması – birincisi, absurddur, digər tərəfdən, bu, təbii ki, qurbanlar vermək, böyük problemlərə səbəb olan sistemli itkidir”.

Malomuj vurğulayıb ki, rejimin pislənməsi konsepsiyasını dəstəkləyənlərin sayı bütün sahələrdə artmaqdadır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki