image-qanunla-reklam
image-1678174476_e65406e20ee43a62d384b8a48e7d10060573c779_1280_853_c

Rusiyada barda dava salan eks-deputat həbs edildi

image-lady-day-az

Rusiyada Perm diyarının qanunvericilik məclisinin keçmiş deputatı Aleksandr Telepnev həbs edilib. 

Qanunla.az rus mətbuatına istinadən xəbər verir ki, buna səbəb eks-deputatın gecə klubların birində dava etməsi olub.

Belə ki, “Nataşa” adlı barda istədiyi musiqini səsləndirməyən Aleksandr DJ-yə hücum edib. Onun çənəsini sındırıb. Hadisə anbaan müşahidə kameralarına əks olunub. Davadan sonra DJ eks-deputatdan şikayətçi olub. Saxlanılan Aleksandr Telepnev məhkəmə qarşısına çıxarılıb. O, barda baş verən davaya görə 4 il sərt rejimli koloniyaya məhkum edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki