image-qanunla-reklam
image-zelenskiy-2019

Rusiya Zelenskinin müsahibəsini yaymağı qadağan etdi

image-lady-day-az

“Roskomnadzor” bəzi KİV-lərə Ukrayna lideri Vladimir Zelenskidən götürülən müsahibəni yaymamağı tələb edib.

Qanunla.Az xəbər verir ki, bu barədə qurum press-reliz yayıb.

“Roskomnadzor” Rusiya KİV-inə sözügedən müsahibəni yaymamaq barədə xəbərdarlıq edir”, – press-relizdə bildirilib.

Məlumatda həmçinin müsahibə götürən KİV nümayəndələri ilə bağlı araşdırma başlanılıb və lazımı tədbirlər görüləcək.

Qeyd edək ki, bu gün “Meduza”nın baş redaktoru İvan Kolpakov, “Dojd” telekanalının baş redaktoru Tixon Dzyadko, yazıçı-jurnalist Mixail Zıqar və “Kommersant”ın müxbiri Vladimir Solovyev Zelenskidən telefonla müsahibə alıblar. İki saat davam edən müsahibənin axşam saatlarında senzurasız yayılacağı gözlənilirdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki