image-qanunla-reklam
image-1697693472-4044736-1818692646

Rusiya xüsusi reyslə Qəzzaya humanitar yardım göndərdi

image-lady-day-az

Rusiya Fövqəladə Hallar Nazirliyinin xüsusi reysi Qəzza zolağının əhalisi üçün humanitar yardım yükü ilə Moskva vilayətindən Misirə uçub.

“Qanunla.az” xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti açıqlayıb.

“Rusiya Prezidentinin tapşırığına uyğun olaraq və Rusiya Federasiyası Hökuməti adından Fövqəladə Hallar Nazirliyinin aviasiyası Qəzza zolağının əhalisinə humanitar yardım çatdıracaq. İl-76 xüsusi təyinatlı təyyarəsi Moskva yaxınlığındakı Ramenskoye aerodromundan El-Ariş hava limanına qalxıb”, – məlumatda deyilir.

Yükə 27 ton ərzaq daxildir: un, şəkər, düyü və makaron. Yüklərin boşaldılmasından sonra yardım Misir Qızıl Aypara Cəmiyyətinin nümayəndələrinə təhvil veriləcək və Qəzza zolağına çatdırılacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki